Yuxarı

Avropa “siyasi məhbuslar”ın üstündən xətt çəkdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi Şərqi Tərəfdaşlıq Proqramı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycanla əlaqəli mübahisəli "siyasi dustaqlar" ilə bağlı broşüranı öz internet səhifəsindən yığışdırıb.

Bu haqda Axar.az-a Forumun həmsədri, iqtisadçı alim Vüqar Bayramov bildirib. O, deyib ki, ötən həftə Avropa Birliyi Şərqi Tərəfdaşlıq Proqramı Vətəndaş Cəmiyyətinin Azərbaycan üzrə Milli Platforması bəyanat qəbul edərək, həmin sənədin Forumun internet səhifəsindən yığışdırılmasını istəmişdi. Milli Platforma məsləhətləşmələr yolu ilə Azərbaycan ilə bağlı sənədlərin və eləcə də broşüraların hazırlanmasının vacibliyini bildirmişdi.

Forumun internet səhifəsindən sözügedən sənədin götürülməsi ilə bağlı qərarın qəbul edilməsinin müsbət addım olduğunu deyən Vüqar Bayramov bildirib ki, həmsədri olduğu beynəlxalq qurumun milli nümayəndəliklərlə məsləhətləşərək fəaliyyət həyata keçirməsi eyni zamanda yerli vətəndaş cəmiyyəti nümayəndələrinin fikirlərinin nəzərə alınması baxımdan vacibdir.

Xatırladaq, forum bir müddət öncə bu qurumda Azərbaycandan olan İdarə Heyəti üzvlərinin iştirakı olmadan "Azərbaycanda siyasi məhbuslar" adlı qondurma broşür hazırlayaraq, ölkədə guya 100 "siyasi məhbusun" olduğunu bildirmişdi.

Tarix
2014.08.19 / 16:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla