Yuxarı

Bakıda dövlət qulluqçuları arasında kütləvi dava

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda qonşular arasında mübahisə kütləvi davaya səbəb olub.

Ans press-in məlumatına görə, hadisə Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 31 ünvanında baş verib.

Belə ki, avqustun 17-də günorta saatlarında qeyd edilən ünvanda 5-ci mərtəbədən yaşayan Həmidovlar ailəsi ev təmiri edərkən, artıq zibilləri balkondan aşağıda dayanan yük maşınının içinə atıblar. Bu da qonşuların narazılığına səbəb olub.

Qonşulara etiraz edən ev sahibi Məhəmməd Həmidov təmir işlərini davam etdirəcəyini və zibilləri istədiyi kimi atacağını bildirib. Bu zaman həmin binanın 3-cü mərtəbəsində yaşayan İlham Yusif oğlu Əliyev qonşu ilə mübahisə edib. Mübahisəyə Məhəmməd Həmidovun qardaşı Tarıyev Həmidov da qatılıb. Daha sonra məsələyə evi təmir edən digər usta, ev sahibinin yeznəsi də qatılıb. Mübahisə zamanı Məhəmməd Həmidovla İlham Əliyev əlbəyaxa dava ediblər. Bu zaman davaya Tarıyev Həmidov və yeznə də qarışıb.

Daha sonra davaya İlham Əliyevin qardaşı Namiq Əliyev də qarışıb. Dava zamanı Məhəmməd Həmidov qışqıraraq bildirib ki, Müdafiə Nazirliyinin zabitidir. Ona heç kim heç nə edə bilməz.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində işləyən Məhəmməd Həmidov və qohumları birləşərək Namiq Əliyevi döyüblər. Dava zamanı İ. Əliyev də müəyyən xəsarətlər alıb.

Hadisədən təxminən 5 dəqiqə sonra davaya daha bir neçə nəfər həyət sakini də qoşulub. Dava zamanı Məhəmməd Həmidov da sol qaş nahiyyəsindən xəsrət alıb.

Davadan sonra Məhəmməd Həmidov Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsinə şikayət ərazisilə müraciət edib. O, Namiq Əliyev və qardaşı tərəfindən döyülməsi barədə şikayət ərizəsi yazıb. Bundan sonra qarşı tərəf bölməyə çağırılaraq dindirilib.

Hadisəni araşdıran 6-cı bölmənin təhqiqat şöbəsinin təhqiqatçısı, polis leytenantı Elvar Quliyevin ans press-ə verdiyi məlumata görə, hazırda hadisə ilə bağlı ilkin araşdırma aparılır. Onun sözlərinə görə, dava salanlar dövlət qulluqçuları olduqları üçün iş Prokurorluğa göndəriləcək.

"Dava iştirakçıları dövlət qulluqçularıdır. Bu səbəbdən də iş Binəqədi rayon prokurorluğunda araşdırılacaq. Hazırda zərərçəkmiş və cavabdeh tərəfdən izahatlar alınıb", - deyə Elvar Quliyev bildirib.

Qeyd edək ki, davanın digər iştirakçıları da dövlət qulluqçularıdır.

Tarix
2014.08.19 / 14:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla