Yuxarı

Çempionatın qalibləri məlum oldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Unibank"ın ALBALI PLUS Kuboku uğrunda Futbol Çempionatı başa çatıb.

Final oyunlarının keçirilməsi və qaliblərin mükafatlandırılması tədbirində ALBALI PLUS (ALBALI) kartının partnyorları ilə yanaşı, bankın müştəriləri də iştirak edib. Şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayan tədbirdə, müğənni Elnarənin ifa etdiyi vətənpərvərlik mahnıları, çempionluq uğrunda yarışanları qələbəyə daha da ruhlandırıb.

Tədbirə qatılanlar əvvəlcə 3-cü yer uğrunda "Unibank"ın "Ahmedli branch" komandası ilə "Sinteks" şirkətinin komandasının oyununu izləyiblər. Oyunun nəticələrinə əsasən, ALBALI PLUS Kuboku uğrunda Futbol Çempionatında 3-cü yeri "Sinteks" komandası tutub.

Çempionatın ən gərgin və həyəcanlı oyunu isə 1-ci yer uğrunda yarış olub. Mərkəzi Bankın komandası ilə "Unibank"ın "Bankers" komandası həyəcanlı azarkeş dəstəyi ilə gərgin və peşəkar oyun nümayiş etdiriblər. Nəticələrə əsasən, "Bankers" komandası çempionatın əsas kubokunu qazanıb. İkinci yeri Mərkəzi Bankın komandası, 3-cü yeri isə "Sinteks" tutub. Peşəkar hakimlər tərəfindən və olimpiya sistemi ilə keçirilən futbol çempionatının "ən yaxşı qapıçısı", "ən çox qol vurmuş oyunçu" və "final qarşılaşmasının ən yaxşı oyunçusu" da müəyyən edilərək, mükafatlandırıldı. İlk 3 yeri tutan komandalara pul mükafatı ilə yanaşı, kubok və medallar təqdim olunub.

Qeyd edək ki, ALBALI PLUS Kuboku uğrunda Futbol Çempionatında "Unibank" əməkdaşlarından ibarət komandalarla yanaşı, Mərkəzi Bankın və 10-dan artıq şirkətin - Milli kart, Sinteks, Koton, Araz Marketləri, Favorit Market, İntegral, World Telecom, BOA, ABC Telecom (Kontakt) və Flexi Kredit komandası iştirak edib.

Tarix
2014.08.19 / 12:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla