Yuxarı

“Həm işləyirəm, həm də istirahət edirəm”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qış və yay tətilində nədənsə kənara çəkilməkdən daha çox vaxtımı dəyərli keçirməyi üstün tuturam".

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa yay tətilində işləməyi üstün tutmağının səbəbini izah edərkən deyib.

O deyib ki, yay tətilində işlərini davam etdirməsi istirahət etməməsi anlamına gəlmir:

"İstirahət də edirəm, dənizə də gedirəm, idmanla da məşğul oluram. Xüsusilə də vaxtım olan kimi futbol oynamağı çox sevirəm. Açığı desəm, ölkədən kənarda istirahət etməyi elə də xoşlamıram. Bakı bağlarında dincəlmək mənə daha xoşdur, nəinki xaricə getmək. Belə olan halda həm işləyə, həm də istirahət edə bilirəm. Mən hər zaman mətbuat işçilərini çox yaxşı anlamışam və bu baxımdan da jurnalistlərin işinin hər zaman sərhəd tanımadığını düşünmüşəm. Jurnalistika dördüncü hakimiyyət hesab olunur. Buna görə də onların işinə hər zaman vaxt ayırmaq və eyni zamanda bununla əlaqədar olaraq sosial şəbəkələrdə paylaşımlar etmək, sizin vasitənizlə cəmiyyəti bilgiləndirmək borcumuzdur. Mənim üçün istirahətin bu alternativi çox əlverişlidir. İşləməklə yanaşı, həm də istirahət etmək daha zövqlüdür".

Millət vəkili bir ay sonra işıq üzü görəcək kitabından da söz açdı:

"Çoxdandır üzərində çalışıdığım "Azərbaycanda türk kimliyi və saxta tarix problemi" adlı kitabımın redaktəsi üzərində çalışıram. Bu, irihəcmli bir əsərdir. Kitabın artıq nəşriyyatda texniki işlərinin tamamlanmasına az qalıb. Təxminən bir aydan sonra işıq üzü görəcək".

Tarix
2014.08.19 / 10:10
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla