Yuxarı

İraq fəlakəti Naxçıvan sərhədlərinə yaxınlaşır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşməsi yeni bir siyasi fenomen deyil".

Bu sözləri Axar.az-a politoloq Ərəstun Oruclu Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Naxçıvan görüşünü şərh edərkən deyib.

O, hər üç ölkənin münasibətlərini genişləndirməsi zərurətini hazırkı geosiyasi şəraitin diktə etdiyini bildirib:

"Hər üç ölkə rəsmilərinin ən yüksək səviyyədə bir araya gələrək regional məsələləri müzakirə etdiyinin şahidi olmuşuq. Biz xəritəyə də baxsaq görərik ki, faktiki olaraq Cənubi Qafqaz hər tərəfdən daralır. Bir tərəfdə Yaxın Şərq, İraq, digər yanda isə Ukrayna və Rusiyanın cənubu aktivləşib. Nəzərə alaq ki, üç ölkə çox sıx şəkildə bir-birinə bağlıdır. Bu ölkələri birləşdirən siyasi-iqtisadi maraqlar var və onların belə həssas məqamda bir araya gəlməsi tamamilə normaldır. Nəzərə alsaq ki, bu üç ölkənin bir-biriylə xoş münasibəti bir araya yığışaraq formal bir qrup yaratmadan da müttəfiqlik yaratmalarını zərurətə çevirir. Bu baxımdan da belə bir görüş anlaşılandır. Hazırda bölgə ətrafında artan gərginlik hərbi gərginlikdir. Buna görə də üç müdafiə nazirinin bir araya gəlməsində qəribə heç bir şey görmürəm. Hətta bu formatda münasibətlər daha da dərinləşməli və sıx olmalıdır".

Politoloq Naxçıvanın bu dəqiqə bölgənin ən həssas yeri olduğunu bildirib:

"Naxçıvan bu dəqiqə bölgənin ən həssas yeridir. Naxçıvan İranla həmsərhəddir, İraqdan çox da uzaqda deyil. Qars müqaviləsinə əsasən xüsusi statusu olan bir ərazidir. Təbii ki, belə bölgələr hər zaman hədəfdə olur. Son günlər Naxçıvanda hərbi təlimlərin keçirilməsi və Azərbaycan ordusunun burada hərbi potensialını artırması vilayətin nə qədər həssas bölgə olduğunun faktorudur. Nazirlərin görüşünün də burada keçirilməsi təkcə mesaj deyil, həmçinin maraqların ümumi müdafiəsinin planının, xəritəsinin hazırlanması göstəricisidir. Unutmayaq ki, İran artıq İraq münaqişəsinə qoşulub. Deməli, bu təhlükə yaxın zamanlarda gəlib bizim sərhədlərə, xüsusilə, Naxçıvana da çata bilər".

Tarix
2014.08.19 / 09:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla