Yuxarı

Sosial şəbəkədə yaranan və yaşanan sevgilər

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sevgili cütlərin əksəriyyəri internet şəbəkəsində tanış olduqlarını boyunlarına almırlar, hər halda hələ cəmiyyətimizdə bəzi stereotiplər öz gücünü itirməyib. Bununla yanaşı, ya vaxt azlığından, ya imkan məhdudluğundan, ya da sadəcə ənənəvi yerlərdə - nəqliyyatda, qonaqlıqlarda və ya elə lap küçədə tanış olmağa üstünlük verənlərin sayı da gündən-günə artır.

Zaman-zaman, hələ informasiya texnologiyalarının belə pik inkişaf dövrünə "mübarək" qədəmlərini basmamışdan əvvəl insanların biri-birilərinə sevgi və məhəbbətlərini ötürən məktublar dövrümüzdə SMS, elektron yazışmalarla əvəzlənib. Müvafiq olaraq, dövrün roman qəhrəmanlarının da faydalandıqları vasitələr dəyişib, daha müasir olub.

Axar.az bu vasitələrin ilk dəfə yer aldığı belə əsərləri oxucularına təqdim edir.

Yanuş Lion Vişnevski "Şəbəkədə tənhalıq"

Romandakı hadisələr 90-cı illərin ortlarında cərəyan edir. Baş qəhrəmanlar Şəbəkədə tanış olublar, elektron poçtda və ICQ-də yazışırlar. Sevgiyə doğru inkişaf edən münasibət off-layn həyatla paralel təsvir edilir. Ancaq real həyatdakı iş, ailə və dostlar ikinci plana keçir. Romanın kulminasiya nöqtəsi sevgililərin Parisdə görüşməsidir. Bunun ardınca isə sınaqlar gəlir: onlar öz münasibətlərini bu sınaqlardan uğurla keçirə biləcəklərmi? Məlum deyil.

Yusteyn Qorden "Pireneylərdə qəsr"

Norveç yazıçısı müasir epistolyar romanın parlaq nümunəsini yaradıb. Hələ gənc ikən tanış olan qəhrəmanlar otuz illik ayrılıqdan sonra təsadüfən görüşür və elektron poçtda yazışmağa başlayırlar. Solrun və Steyn keçmişdə vaqe olmuş əhvlatlarla bir-birlərinə bağlıdırlar. Nəhayət, olub-bitənləri aydınlaşdırmaq üçün keçmişin özünü müzakirə etməlidirlər. Ancaq bu köhnə mövzunu yazışmalarda qaldırmaq və həll etmək elə də asan deyilmiş. Qəhrəmanların fərqli maraq dairələri və dünyagörüşləri var. Bu qədər fərqli insanlar bu qədər dərin ünsiyyət qura bilərlərmi?

Daniel Qlattauer "Yeddi dalğanın hamısı"

Sevgi əlaqələrini birgə həyatdan fərqləndirən nədir? Bu kitabın qəhrəmanları internet şəbəkədə təsadüfən tanış olurlar. Qəhrəman üçün onun yeni sevgilisi kamillik illüziyası təəssüratı oyadır, o zərif duyğulu məktublar yazır. Ancaq xoşbəxtliyi yalnız elektron məktublar üzərində qurmaq çətin mümkün olsun. Bəs üz-üzə görüşəndə bir cütlük ola biləcəklərmi? Bələdçilik edən yeddinci dalğanı adlaya biləcəklərmi? Demək lazımdır ki, roman çox həyati alınıb və milyonlarla internet istifadəçisinə ümidlər bəxş edib.

Tarix
2014.08.19 / 02:54
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla