Yuxarı

Moskva seçimdə: dollar-yuan müharibəsi başlayır?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xarici valyutaların çatışmazlığı Rusiyaya tətbiq edilən sanksiyaların tərkib hissəsidir".

Bu sözləri Axar.az-a iqtisadçı ekspert Samir Əliyev Rusiya banklarında xarici valyuta çatışmazlığı məsələsinə aydınlıq gətirərkən söyləyib.

O, Rusiya banklarında valyuta qıtlığı yaşanmasının gözlənilən olduğunu bildirib:

"Həmin ölkənin bankına sanksiya tətbiq edilir və faktiki olaraq onların müxbir hesabları Amerikada və yaxud Avropadadır. Bu banklara da sanksiya tətbiq edilməsi o deməkdir ki, həmin banklar öz müxbir hesablarından istifadə edə, yəni onlar öz valyuta vəsaitlərindən yararlana bilmirlər. Bu baxımdan banklarda valyuta qıtlığının olması gözləniləndir və biz bunu da görürük ki, rus rublu dollarla münasibətdə ucuzlaşıb. Getdikcə də ölkədə valyuta qıtlığının olması hiss olunacaq. Nəzərə alsaq ki, Rusiya vətəndaşları turizmin inkişafına görə almanlardan sonra dünyada ikinci yeri tutur. Ruslar turist kimi dünyada çox yayılıb və həmin insanlar faktiki olaraq, ölkədəki valyutanı alaraq ölkədən kənara çıxarırlar. Rusiyanın Mərkəzi Bankı valyuta imkanından istifadə etməklə öz valyuta ehtiyatındakı dollar və avronu bazara buraxır. Bu proses, yəni valyuta qıtlığı getdikcə daha da dərinləşəcək. Bu da zəncirvari olduğuna görə (əsasən, söhbət 5 bankdan gedir) onların da bazar payı hardasa 60%-dən yüksəkdir. Bunların üzləşdiyi problem ümumilikdə bank sektorunda yayılacaq və banklar da bu valyuta qıtlığından əziyyət çəkəcək".

Ekspert çoxdan müzakirə olunan Çin yuanının dollarla avronun yerini tutması mələsinə də aydınlıq gətirib:

"Bununla bağlı neçə müddətdir müzakirələr gedir. Təcrübə göstərdi ki, dolların yerini heç bir vaxt başqa valyuta tuta bilməyib. Hətta arxasında Avropa Birliyinin dayandığı avro bu gün dolları əvəz edə bilmir. Dünya valyuta ehtiyatlarının 70%-ə yaxını bu gün dollarla saxlanılır. Təsəvvür edin ki, əvvəl azalma baş verirdisə, indi proses tamam dəyişib. Hazırda avronun payı 20-25%-dirsə, dollarda bu 65% civarındadır. Bunun da arxasında ABŞ iqtisadiyyatı dayanır. ABŞ təkcə iqtisadi baxımdan güclü dövlət deyil, bütün parametrlər üzrə super dövlətdir. Yuanın da adı əvəzedici kimi tez-tez hallanır, amma nəzərə alaq ki, yuan dünyada aparıcı valyuta ola bilər. Bəli, yuana tələbat getdikcə artır. Xatırladım ki, yuan, əvvəla, sərbəst ümumi valyuta deyil. Yəni dollar, avro, funt-sterlinq və digərləri kimi onun kursunu bazar müəyyən etmir. Onun kursunu yalnız Çin hökumətinin özü müəyyən edir. İkincisi yuanın adı ona görə hallanır ki, yuan sürətlə ucuzlaşır. Onun ucuzlaşması isə Çinin iqtisadiyyat məhsullarının rəqabət qabiliyyətini artırır. Yəni bir ölkədə valyuta ucuzdursa, onun istehsal etdiyi məhsulun qiyməti həmişə ucuz olur. Deməli, o qiymətə görə insanlar ən azı bahalı Avropa malı yox, Çin malını almağa üstünlük verəcəklər. Həmişə müharibə aparılır ki, yuan süni surətdə öz dəyərini 20% ucuzlaşdırır. Bu o deməkdir ki, yuan sərbəst ümumi valyuta olarsa, qiyməti qalxacaq. Bir sıra ölkələr, o cümlədən Azərbaycan bildirib ki, əgər belə bir şey baş versə, onlar öz valyuta ehtiyatlarına yuanı da aid edə bilərlər. Çünki yuan avro və dollar kimi bir o qədər də ucuzlaşmaya meyl etməyən valyutadır. Artıq Çin iqtisadiyyatında səngimənin elementləri görünür. Belə ehtimallar var ki, bu müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər. Biz bilirik ki, Çin iqtisadiyyatı bu gün o qədər inteqrasiya olunmuş iqtisadiyyat deyil. O, müəyyən qədər qapalı iqtisadiyyata daha yaxındır. Ona görə də yuanın hazırda dünyada aparıcı valyuta olması ehtimalı çox aşağıdır. Hazırda çalışırlar ki, Çini aldadıb yuanı sərbəst ümumi valyuta etsinlər. Bu halda Çin yuanı bahalaşacaq. Bahalaşan kimi isə avtomatik olaraq Çində istehsal olunan məhsulların qiyməti qalxacaq. Biz bunu Yaponiyada müşayiət edirik. Yaponiyada valyuta bahalaşır. Ona görə də istehsal olunan məhsulların qiyməti qalxır və ölkə iqtisadiyyatına zərər vurur. Çinin valyuta perspektivini yaxşı görürəm, amma yuanın avro və ya dolları əvəzləməsinin yaxın onillikdə mümkün olacağına inanmıram".

Tarix
2014.08.18 / 21:39
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla