Yuxarı

Ramil Usubov narkotik qaçaqmalçılığından danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov avqustun 18-də ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rezayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, qonaqları salamlayan nazir xalqlarımız arasında çoxəsrlik əlaqələrin mövcudluğunu xatırladıb, Azərbaycanın öz tarixi müstəqilliyini yenidən bərpa etdikdən sonra təməli 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin İran İslam Respublikasına səfəri zamanı qoyulmuş möhkəm dostluq və qonşuluq münasibətlərinin iki dövlətin prezidentləri tərəfindən daha da genişlənməkdə olduğunu bildirib. Qeyd edilib ki, ölkələrimiz arasında baş verən inteqrasiya proseslərinin nəticələri bütün sahələrdə - iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə özünü büruzə verir. Belə bir şəraitdə hüquq-mühafizə, o cümlədən ictimai təhlükəsizliyi təmin edən daxili işlər orqanlarının üzərinə böyük məsuliyyət düşür.

Nazir R.Usubov belə görüşlərin transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorizmlə mübarizədə səylərimizin birləşdirilməsi üçün geniş imkanlar yaratdığını, qlobal xarakter almış transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığına qarşı mübarizədə əməkdaşlığın böyük potensiala malik olduğunu, yeni istiqamətlərin müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin İran İslam Respublikasına müxtəlif vaxtlarda etdiyi rəsmi səfərlərin əlaqələrin keyfiyyətcə yeni səviyyəyə yüksəlməyə imkan verdiyini nəzərə çatdıran general-polkovnik R.Usubov əməkdaşlığın genişləndirilməsində rəhbərlik etdiyi qurumun da maraqlı olduğunu vurğulayıb.

Daha sonra qonaqlara Azərbaycandakı mövcud ictimai-siyasi və kriminogen vəziyyət haqqında qısa məlumat verilib. Respublikamızda dövlət müstəqilliyinin, demokratik prinsiplərin möhkəmləndirilməsi, ictimai münasibətlərin hüquqi tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi sahəsində görülən işlər qeyd olunub və vurğulanıb ki, hüquq-mühafizə orqanları sıx, qarşılıqlı əlaqədə mütəşəkkil cinayətkarlığa, beynəlxalq terrorizmə, ekstremizmə, separatizmə, silahların və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks tədbirlər həyata keçirirlər.

İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı, general-mayor Q.Rezayi səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirib və qeyd edib ki, həqiqətən belə səfərlər, imzalanmış sazişlərin müddəalarının yerinə yetirilməsi eyni dinə, oxşar mədəniyyətə və tarixi köklərə malik hər iki dost ölkənin mənafelərinə tam uyğundur, bütün sahələrdə, o cümlədən təhlükəsizlik, hərbi, iqtisadi münasibətlər və digər məsələlərdə əlaqələrin daha da inkişaf etdirilməsinə kömək göstərir.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.

Tarix
2014.08.18 / 18:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Prezidentlər Ağdamda Pənahəli xanın sarayında...

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla