Yuxarı

Kamal Abdulladan “Sirri-Zəmanə” - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı Kamal Abdullanın yeni hekayələr kitabı nəşr olunub.

Axar.az xəbər verir ki, "Sirri–Zəmanə" adlanan kitabda yazıçının müxtəlif illərdə qələmə aldığı hekayələr toplanıb.

Hekayələr "Sehirbazlar dərəsi", "Parisin seçimi", "Labirint", "Bilgə əhvalatları", "Balaca həyətin həngamələri", "Səhvlərimizin qrammatikası" adlı 6 silsilədə təqdim olunur.

Qəhrəmanların subyektiv həyat təcrübəsi və obyektiv gerçəklik, hadisələr və onların təbiəti haqqında tarixən formalaşmış mühafizəkar-ənənəvi təsəvvürlərin gözlənilməz rakurslardan yozumu, mifloloji və arxetipik motivlərin də yer aldığı mistifikasiyalar, xəyali və yaxud paralel dünya təsiri bağışlayan, fizika qanunlarının belə tamam fərqli məntiqlə işlədiyi zaman və məkan labirintləri – bütün bunlar, üstəgəl müəllifin bənzərsiz üslubu və təhkiyəsi bu hekayələrin kaloritini təşkil edir.

Nəfis tərtibatla "Mütərcim" nəşriyyatında çap olunmuş kitabın arxa üzündə müxtəlif hekayələrdən çıxarışlar və Kamal Abdullanın yaradıcılığı haqqında Salam Sarvanla Etimad Başkeçidin sözləri verilib.

Kitabın redaktorları Əliş Mirzallı və Şəlalə İsmayılzadədir.

Tarix
2014.08.18 / 16:32
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla