Yuxarı

Ukrayna Rusiya karvanını qəbul etməyə razılaşdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Rusiyadan gələn humanitar yardımları "İzvarino" sərhəd-keçid məntəqəsindən partiyalarla – 30 maşın olmaqla – qəbul etməyə razılaşıb.

Axar.az Ria.ru-ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Dövlət Maliyyə Xidmətinin rəhbəri Anatoli Makarenko bildirib. Onun sözlərinə görə, yüklər Qırmızı Xaç missiyası ilə Rostov vilayətindən, beynəlxalq sərhəd-keçid məntəqəsi olan "İzvarino-Donetsk"dən buraxılacaq:

"Yalnız beynəlxalq qanunvericiliyə uyğun yoxlamadan keçəndən sonra buraxılacaq və yalnız Qırmızı Xaçın rəsmi nümayəndəsinin iştirakı ilə yerlərə çatdırılacaq".

Makarenko bildirib ki, Qırmızı Xaçın nümayəndəsi avqustun 18-də vacib prosedurları həyata keçirmək üçün gələcək.

Xatırladaq ki, Rusiyanın Ukraynanın şərqinə 200 yük maşınında humanitar yardım göndərməsi bir neçə gündür ki, beynəlxalq qalmaqalla müşahidə olunur. Ukrayna humanitar yardım adı altında terrorçulara silah-sursat gəlməsindən ehtiyat edir.

Tarix
2014.08.18 / 00:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla