Yuxarı

Ruhanidən MAQATE-yə raket xəbərdarlığı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran prezidenti Həsən Ruhani Beynəlxalq Atom Enerjisi Təşkilatının (MAQATE) Baş direktoru Yukiya Amanonu qəbul edib.

Axar.az xəbər verir ki, Həsən Ruhani görüş zamanı Nüvə Silahının Yayılmaması haqqında Müqavilə (NPT) üzrə yoxlamaları qəbul edəcəklərini bildirib.

İran prezidenti görüşdə ölkəsinə olan nəzarəti "düşmənçilik" adlandıraraq İranın raket istehsalının, alınmasının və istifadə olunmasının müzakirə mövzusu olmayacağını qeyd edib. O, İranın nüvə enerjisindən istifadə etmək hüququ olduğunu xatırladaraq qərbin ayrı-seçkilik salmamasını xahiş edib.

İranın MAQATE ilə hər zaman beynəlxalq hüquq normalarına uyğun texniki, hüquqi və şəffaf bir şəkildə əməkdaşlıq etdiyini bildirən Ruhani "İran sülh məqsədi ilə nüvə enerjisindən istifadə etmək ehtiyacını hiss edir. Hazırda yeni texnologiyalara ehtiyac duyulur. Millətimizin istəyi və milli meclisimizin qərarı ilə elektrik, tibb, kənd təsərrüfatı və sənaye sahələrində sülh nüvə enerjidən faydalanmağa davam edəcəyik", - deyə bildirib.

Ruhani MAQATE rəhbəri ilə görüşündə onu da bildirib ki, nüvə silahı heç vaxt İranın müdafiə doktrinasına daxil edilə bilməz: "Əxlaqi cəhətdən, dinə və dini liderin fətvasına görə, kütləvi qırğın silahları heç bir şəkildə İranın müdafiə doktrinasına daxil edilə bilməz".

Tarix
2014.08.17 / 21:22
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla