Yuxarı

Ərdoğanın prezident seçilməsi rəsmən təsdiqləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Mərkəzi Seçki Komisiyyası gözlənildiyi kimi bu gün prezident seçkilərinin nəticələrini açıqladı.

Türkiyənin hazırkı Baş naziri Ədalət və İnkişaf Partiyasının namizədi Rəcəb Tayyib Ərdogan 51,74 % səslə, yəni 20 milyon 875 min nəfərin səs verməsilə Türkiyənin 12-ci prezidenti secilib. Digər namizədlər CHP, MHP və ümumilikdə 5 partiyanın ortaq namizədi İhsanoglu 38,49 % , HDP və BDP-nin ortaq namizədi Dəmirtaş isə 9,77 % səs toplayıblar.

Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın 28 avqust tarixindən Cankaya Köskündə Abdulla Güldən prezidentlik postunu təhvil alacaq və o, gündən siyasi fəaliyyətinə prezident kimi davam edəcək.

Onu da qeyd edək ki, 12-ci prezident xalq yolu ilə seçildiyi üçün onun səlahiyyətləri də nisbətən indiki prezident Abdulla Güldən daha böyük olacaq. Səbəb isə 12-ci prezidentin ilk dəfə xalq səs verməsilə seçilməsidir.

Politoloq İrfan Çiftkinin sözlərinə görə, "Bu, seçkilərdə Türkiyə xalqı yeni prezidentini seçib və bir şəkildə prezidentlik idarəetməsinə keçiləcək. Türkiyə daha dinamik və daha aktiv bir hala gələcək və bu da yeni Türkiyə dediyimiz prosesin baslanğıcıdır".

Türkiyənin prezident idarəçiliyi ölkəsinə çevrilməsi üçün qarşıdakı aylarda erkən seçimlə Konstitusiyada dəyişiklik olması da gözləniləndir. Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın bu postda ilk səfər edəcəyi ölkələr də məlum olub. O, prezident postunda ilk səfərini Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinə edəcəyini bildirib.

Qeyd edək ki, prezident İlham Əliyev prezident seçilməsi münasibətilə Ərdoğana göndərdiyi təbrik məktubunda onu Azərbaycana səfərə dəvət etmişdi. Avqustun 24-də partiyanın idarə heyətinin iclasını keçiriləcək Ədalət və İnkişaf Partiyasının fövqəladə qurultayından sonra partiya namizədinin adını elan edəcək.

Ədalət və İnkişaf Partiyası özünün yeni liderinin və yeni baş nazirin adını avqustun 27-də açıqlayacaq.

ANS

Tarix
2014.08.15 / 23:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla