Yuxarı

Şok: Bu dövlətlər PKK-nı silahlandırır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK qüvvələri İŞİD terrorçularına qarşı döyüşmək üçün İraqa istiqamət alıb.

Axar.az xəbər verir ki, Bərzani birliklərinin yanına gedən PKK silahlıları orada yaşayan kürdlərlə birgə döyüşəcək.

Qeyd edək ki, PKK silahlıları verdikləri açıqlamalarda Bərzaninin onları silahlandıracağını açıq-aydın bildirmişdi.

Bu arada Bərzaninin ABŞ və Avropa ölkələrindən silah istəməyi müsbət qarşılanıb.

Artıq ABŞ, Fransa və İngiltərə Bərzaniyə ən müasir silahlar verəcəyini bildirib.

Onu da bildirək ki, Bərzaninin İsraildən gizli yolla silah aldığı da sual altındadır. Çünki İsrailin Qəzzaya son hücumları Bərzani rəhbərliyi tərəfindən bir dəfə də olsun pislənilmədi.

PKK -nın Bərzaninin silah köməyi aldığı təqdirdə silahlanması ekspertlər tərəfindən müsbət hal kimi dəyərləndirilmir. Çünki "terrorçulara qarşı mübarizə" adı altında PKK tərəfdarlarının silahlanması və bir müddət sonra Türkiyəyə dönməsi dünya siyasətində gündəmi dəyişə bilər.

Tarix
2014.08.15 / 20:39
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla