Yuxarı

Ukrayna Luqanska humanitar yardımlarını çatdırdı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Luqansk vilayətinə göndərdiyi humanitar yardım təyin olunan yerə çatdırılıb və Qırmızı Xaçın nümayəndələrinə təhvil verilib.

Axar.az xəbər verir ki, bunu Ukrayna prezidentinin ölkənin şərqindəki konfliktin həll olunması məsələləri üzrə müşaviri İrina Geraşenko deyib.

Onun sözlərinə görə, yüklər 3 istiqamətdən - Xarkovdan Starobelskə, Dnepropetrovskdan Severodonetskə və Kiyevdən də Lisiçanska çatdırılıb.

"Vacib: Ukrayna humanitar yardımı beynəlxalq hüquq normalarına uyğun olaraq Qırmızı Xaça verilib. Məhz bütün humanitar yardımlar Qırmızı Xaça belə verilməlidir. İkincisi, heç bir hərbi müşayiət olmamalıdır. Bu da qaydadır", - Geraşenko yazıb.

Geraşenko bildirib ki, humanitar yardım tərəvəz, dənli məhsullar, konserv, un, yuyucu maddələr, pamperslər, gigiyenik vasitələr və dərmanlardan ibarətdir: "Ukrayna öz vətəndaşlarını özü təmin edə bilər, yetər ki, "antifaşistlər və kübar insanlar" bizə mane olmasın".

Tarix
2014.08.15 / 18:06
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla