Yuxarı

Zakayev: “1997-ci ildə ruslar Məshədovla razılaşmışdılar...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çeçenistanda müstəqillik arzuları hələ itməyib".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Çeçen-İçkeriya Respublikasının Baş naziri Əhməd Zakayev çıxış edib.

O, Putinin Rusiyanı məhvə apardığını bildirib:

"Putin hərbi cinayət işləyərək mənim xalqıma qarşı Ukraynada olduğu kimi soyqırım həyata keçirir. Bununla da o özünün şər imperiyasının dağıdılmasına start verdi. Məhz bunu bir zamanlar ABŞ Prezidenti Reyqan SSRİ ilə əlaqədar deyirdi. Hazırki Rusiya özünü SSRİ-nin davamçısı adlandıraraq onun törətdiyi bütün hərbi cinayətlərə görə məsuliyyəti öz üzərinə götürüb. Rusiya və Rusiya imperiyasının hazırda insanlıq üçün SSRİ-dən daha təhlükəlidir. Bu gün Putin çeçen xalqının problemi deyil. O, beynəlxalq aləm üçün bir nömrəli problemə çevrilib. Paradoks ondadır ki, heç kimi bu imperiyanın dağıdılmasını o və onun çekist dairəsi kimi edə bilməzdi. Siz başa düşməlisiniz ki, Krımın işğalı başlayan andan Rusiya imperiyasının süqutuna start verilib".

Ə.Zakayev Rusiyanın Məshədovla Yeltsinin imzaladığı sənədə hörmət etmədiyini söyləyib:

"Putin hərbi cinayətkar olsa da, mən bir tərəfdən ona minnətdaram ki, bu adam Rusiyanın siyasi arenasında ortaya çıxıb. Məhz onun 2008-ci ildə Gürcüstan və indi də Ukraynadakı hərəkətləri Çeçenistan Respublikasının müstəqilliyinin tanınmasının əsasını qoydu. Putinin idarəçiliyi dövründə Çeçenistan hakimiyyəti rus-çeçen münasibətlərinin düzəldilməsi üçün müxtəlif təkliflər irəli sürüldü. Biz bunların hər birində Rusiyanı inandırmağa çalışırdıq ki, Çeçenistanın müstəqilliyinin tanınması və onunla diplomatik əlaqələrin qurulması Moskva üçün dəhşətli müharibədən daha yaxşıdır. Rusiya-Çeçenistan konfliktinin həll edilməsi ilə bağlı bizim tərəfimizdən təklif olunan plan 12 may 1997-ci ildə Aslan Məshədov və Boris Yeltsinin imzaladığı Moskva sülh müqaviləsində öz əksini tapıb. Bu, Rusiya və Çeçenistan münasibətlərinin bundan sonra davam etməsi üçün baza sənədi idi. Burada yazılmışdı ki, RF və Çeçenistan Respublikası arasında qarşılıqlı münasibətlər beynəlxalq hüququn prinsipləri çərçivəsində qurulacaq. Düşmən dövlətdən mehriban dostlara çevrilmək üçün birinci addım bizim müstəqilliyimizin tanınması olmalı idi. Birinci addımın əsasında isə Dnesteryanı, Abxaziya, Cənubi Osetiya problemlərini həll etmək olardı. Amma bizim təkliflər rədd edildi və Rusiya ilə bütün əlaqələr kəsildi. Bir müddət sonra isə Anna Politkovskaya və mənim dostum Aleksandr Litvinenko öldürüldü. Bundan sonra isə Putinin nümayəndələri ilə heç bir əlaqəmiz olmadı".

Tarix
2014.08.15 / 17:52
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla