Yuxarı

Ohanyan kəlbəcərli girovlarla Petrosyanı dəyişmək istəyir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karen Petrosyanın meyitinin qaytarılması ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi iş görür.

Axar.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə Ermənistanın Müdafiə naziri Seyran Ohanyan çıxış edib.

O, Qırmızı Xaçın bu işlə Karen Petrosyanın əsir düşdüyü gündən etibarən məşğul olduğunu bildirib:

"Biz Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq edirik. Bu dəqiqə Karen Petrosyanın cəsədinin qaytarılması, ya da əvəz edilməsi ilə bağlı iş gedir".

Karen Petrosyan avqustun 7-də Tovuzun Ağbulaq kəndində ələ keçmişdi. Avqustun 8-də isə onun ölməsi haqqında Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yaydı.

Xatırladaq ki, hal-hazırda Ermənistanda iki kəlbəcərli mülki şəxs – Dilqəm Əsgərov və Şahbaz Quliyev girov saxlanılır. Onlarla bir yerdə Kəlbəcərə gedən Həsən Həsənov isə öldürülüb və Qırmızı Xaçın verdiyi məlumata görə, orada dəfn edilib.

Tarix
2014.08.15 / 14:34
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Prezidentlər Ağdamda Pənahəli xanın sarayında...

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla