Yuxarı

Putin Ukraynaya ordu yeritdi – Son dəqiqə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dəqiqələrdə Rusiyaya məxsus BTR və döyüş tanklarından ibarət hərbi karvanın Ukrayna sərhədini keçməsi barədə məlumat yayılıb.

Axar.az UNİAN-a istinadla xəbər verir ki, hadisə Qərb jurnalistlərinin gözləri önündə baş verib.

"Nyu York Tayms"ın xüsusi müxbiri onlarla BPM, PDM, artilleriya daşıyan ağır texnikanı müşahidə etdiyi barədə məlumat verib.

Jurnalist Timur Olevski Qromad TV-nin efirindən 50 BTR-in Ukrayna ərazisinə keçdiyini bildirib. Hərbi karvan əvvəlcə "İzvarino" sərhəd-keçid məntəqəsinə yaxınlaşıb, daha sonra yoxa çıxıb.

Rusiya Xarici İşlər Nazirliyi isə Antiterror Əməliyyatları Mərkəzindən atəşi dayandırmağı tələb edib. Nazirlik bunu humanitar yardımın çatdırılmasına şərait yaradılması ilə izah edib.

Öz növbəsində Ukrayna Xarici İşlər naziri Pavel Klimkin rusiyalı həmkarı Sergey Lavrovla danışdığı barədə Tvitter hesabından məlumat verib:

"Bu dəqiqələrdə Sergey Lavrovla bu günün ikinci danışığını apardım. Hədəf dəyişməyib: Rusiya humanitar yardıma münasibətlə terrorçuların hərəkətinə görə məsuliyyəti öz üzərinə götürür".

Tarix
2014.08.15 / 02:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla