Yuxarı

Azərbaycanda sınaqdan keçirilən Buk-MB nəyə qadirdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimləri zamanı Buk-MB raketi sınaqdan keçirilib.

Axar.az ortamənzilli raketlər silsiləsinə aid olan bu kompleks haqqında qısa araşdırmasını təqdim edir.

Buk-MB raketləri ilk dəfə 1972-ci ildə SSRİ-də hazırlanıb. Zenit-raket kompleksi uzun müddətli sınaqlardan son onilliyin sonunda Sovet ordusunun silah arsenalına qəbul edilib.

Buklar bir sıra növləri ilə məşhurdurlar. Bunlar sırasında aşağıdakıların adını çəkmək olar:

1) Buk 9К37

2) Buk-M1 9К37М1

3) Buk-M1-2 9К37М1-2

4) Buk-M2 9К317

5) Buk-M2E 9К317E

Buklar içərisində ən təkmilləşdirilmiş versiya hazırda Azərbaycan ordusunda da Buk-MB zenit-raket kompleksləridir. Bu kompleksin modernizasiyası 2005-ci Belarusiyada AQAT tərəfindən həyata keçirilib. Ən maraqlı məqam isə həmin kompleksin Azərbaycan ordusunun cəbbəxanasına qəbul edilməsidir. İlk dəfə bununla bağlı işartılar 26 iyun 2013-cü ildə keçirilən hərbi parad zamanı meydana çıxıb. Ekspertlərin əksəriyyəti həmin raketlərin Azərbaycana 2012-ci ildə gətirildiyini bildirirlər.

2008-ci ilin oktyabrında Azərbaycan Ukrayna şirkəti olan "Ukrspeçeksport"la 36 milyon dollar dəyərində müqavilə imzalayıb. Müqaviləyə əsassən, Azərbaycana 46 T-72 tankı və üç ədəd zenit-raket kompleksi olan Buk-M1 təqdim edilməliydi. Lakin sonradan söylənilən informasiyanın həqiqətə çevrilməsi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmadı.

2009-cu ildə Prezident İlham Əliyev Belorusiyaya səfəri zamanı AQAT-ın zavodunda olur. Prezidentin burada Buk-MB ilə tanış olaraq onu almaq qərarına gəldiyi bildirilir. Bəzi ekspertlər indiyə qədər iddia edirlər ki, Azərbaycanın aldığı Buk-MB-lər 2012-ci ildə Buk-M1-lərin üzərində modernləşdirilib.

Buk-MB-lər orta mənzilli raketlər hesab edilir. Bu raketlər aşağıdakı qurğuları vurmağa qadirdir:

1) F-15 təyyarələri

2) Helikopterlər

3) MGM-52 "Lans" qurğuları

4) AGM-88 HARM raketləri

5) AGM-86

Bu raketlərdən ilk dəfə Gürcüstan-Abxaziya müharibəsində istifadə edilib. Birinci Çeçenistan Müharibəsində də bu kompleks rusların əsas istifadə etdiyi silah sırasında olub. 2008-ci ildə Rusiyanın Gürcüstanı işğalı zamanı da eyni kompleks gürcü təyyarələrinə qarşı istifadə edilib.

Hazırda Buklar 11 ölkənin silah arsenalında özünə yer edir.

Tarix
2014.08.14 / 21:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla