Yuxarı

Prezidentə sui-qəsd hazırlayanların şikayəti təmin edilmədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apellyasiya Məhkəməsində "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda silsilə terror aktları həyata keçirməyi planlaşdırmaqda və ölkə başçısına sui-qəsd hazırlamaqda təqsirləndirilən Samir Sanıyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər və onların vəkilləri çıxış ediblər.

Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) 2012-ci ildə "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində terror aktları və Azərbaycan prezidentinə sui-qəsd hazırlayan dəstəni zərərsizləşdirib.

Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri 2012-ci ilin aprel ayının əvvəlində Azərbaycan prezidentinin respublikanın şimal-qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başçısına qarşı terror aktı həyata keçirməyi, eyni vaxtda hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etməyi, əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahları partlatmağı, əcnəbilərin daha çox olduqları və qaldıqları "Hilton Baku" və "JW Marriot Hotel Absheron" və digər mehmanxanalarda, "Baku Crystal Hall"da və Dövlət Bayraq meydanında irimiqyaslı partlayışlar törətməyi planlaşdırıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə dəstənin başçısı Samir Sanıyev və daha iki nəfər ömürlük, digər şəxslər isə 9 ildən 15 ilədək müddətinə azadlıqdan məhrum ediliblər.

APA

Tarix
2014.08.14 / 19:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla