Yuxarı

Putinin rusiyalı bayker dostları Tiflisin mərkəzində - Şok Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putinin yaxın dostları, "Xirurq" ləqəbli Aleksandr Zaldostanovun lideri olduğu "Gecə canavarları" bayker qrupunun üzvləri gözlənilmədən Tiflisə səfər ediblər.

Axar.az-ın Gürcüstanın İctimai Televiziyasına istinadən verdiyi xəbərə görə, baykerlərin məqsədi hər iki ölkə arasında münasibətlərin normallaşmasına töhfə verməkdir.

Qeyd edək ki, Qori şəhərində İosif Stalinin ev muzeyinə baş çəkən klub üzvləri daha sonra Tiflisə gəliblər. "Xirurq" bidirib ki, o heç vaxt Gürcüstana vətəndaşlığı təsdiqləyən sənədlə səfər edəcəyini ağlına belə gətirməyib. Gürcü və rusları qardaş xalqlar adlandıran Zaldostanov 2008-ci ilin məlum avqust hadisələrinin geosiyasi vəziyyətdən meydana gəldiyini və baş verənlərə görə üzüldüyünü dilə gətirib.

Xatırladaq ki, Rusiya dövlət başçısı Vladimir Putinlə dost münasibətində olan Aleksandr Zaldostanov öz siyasi açıqlamaları ilə diqqət çəkib. Onun Krım hadisələrində separatçılığa çağırışları Ukrayna cəmiyyətində etirazla qarşılanmışdı.

Diqqətə çatdıraq ki, son zamanlar Gürcüstan daxilində Rusiya ilə əlaqələrin qurulmasının vacibliyi müxtəlif tribunalardan səslənməkdədir. Putinə yaxınlığı ilə seçilən "Gecə canavarları"nın Tiflisə səfərləri Gürcüstan müxalifətinin kəskin etirazına səbəb olub.

Tarix
2014.08.14 / 15:51
Müəllif
Telman Məmmədli
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla