Yuxarı

Qarabağda müharibə başlasa, kim qalib gələcək? - ABŞ-dan cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Xarici Siyasət Şurasının baş tədqiqatçısı Stefen Blank "Amerikanın Səsi"nə müsahibədə Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşünü şərh edib. Rusiyanın məramları ilə bağlı dərin şübhələrini ifadə edən ekspert görüşlərdən real nəticə gözləmədiyini bildirib.

Müsahibəni təqdim edirik:

- Cənab Blank, Azərbaycan və Ermənistan prezidentləri bu günlərdə Soçidə görüşdülər. Bu görüş nə kimi nəticə verdi?

- Düşünmürəm ki, bu görüş elə bir nəticə verdi. Bircə o oldu ki, tərəflər daha böyük miqyasda zorakılıqdan çəkindiklərinə görə alqışlandılar. Heç kim bu görüşdən sülhə doğru real proqres gözləmirdi. Mənim gözlənitlərim aşağıdır, çünki Rusiyanın sülhdə marağı yoxdur. Və başqa heç kəs aktiv rol oynamaq istəmir. Ona görə də hökumətlər üzərində sülhə nail olmaq üçün xarici təzyiq yoxdur.

- Görüş ruslar tərəfindən, konkret olaraq prezident Vladimir Putin tərəfindən təşkil olunmuşdu. Rusiyanın bu konfliktdə rolunu necə görürsünüz? Moskva Dağlıq Qarabağda sülhdə maraqlıdırmı?

- Xeyr. Onlar müharibənin baş verməsində maraqlı deyillər. Amma onlar istəyərdilər ki, nəzarətli qaydada gərginliklər qalsın. Bu, onların maraqlarına cavab verir. Onlar Azərbaycana da, Ermənstana da silah satırlar. Onların Ermənistanda qoşunları var. Bu həll olunmamış münaqişə onlara Cənubi Qafqazda dominant qüvvə olmağa imkan verir.

- Son bir neçə həftədə təmas xəttində eskalasiya müşahidə olunub. Sizcə hərbi konfliktin yenidən baş qaldırması şansları nə dərəcədə realdır?

- Hesab edirəm ki, insidentlərin yenidən baş qaldırması ehtimalı kifayət qədər yüksəkdir, hətta müharibənin də. Hər iki tərəf silahlanır. Həmin kontekstdə həmişə belə bir ehtimal var ki, müxtəlif növ səbəblərdən, yaxud bilərəkdən bir insident başlasın. Nəticədə toqquşmalar vüsət ala bilər və ən pis halda müharibə baş verə bilər.

- Əgər Dağlıq Qarabağda hərbi münaqişə baş versə, bu, nə kimi mahiyyət daşıya bilər? Bunun nəticəsi necə olar?

- Müharibə olsa, Ermənistan da, Azərbaycan da uduzacaqlar və yeganə qalib Moskva olacaq. Rusiya hansısa məqamda ya birbaşa yaxud da hədə yolu ilə münaqişəyə qatılaraq bu dövlətləri öz orbitinə salacaq.
Məncə Ermənistan da, Azərbaycan da uduzacaqlar. Yeganə qalib Moskva olacaq. Rusiya hansısa məqamda ya birbaşa yaxud da hədə yolu ilə münaqişəyə qatılaraq bu dövlətləri öz orbitinə salacaq. Ona görə də hesab edirəm ki, bu münaqişə tezliklə həll olunmalıdır. Çünki qarşıdurma nə qədər uzanırsa, bir o qədər müharibə ethimalı artır. Onlar hər ikisi Rusiyanın caynaqlarına düşə bilərlər. Onlardan heç biri də bunu arzulamır. Biz artıq görürük ki, Ermənistana nə olub. Bu ölkə xarici siyasətdə, bəldə də daxili və iqtisadi siyasətdə müstəqillyini faktiki uduzub. Ermənistan Dağlıq Qarabağdakı ambisiyalarının girovuna çevrilib.

Tarix
2014.08.14 / 10:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla