Yuxarı

“Azercell” minlərlə abunəçisini aldadıb bonusunu yedi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqust ayının 1-dən etibarən "Azercell"in Bonus kampaniyası sona çatıb.

Axar.az xəbər verir ki, uzun müddətdir davam edən kampaniya başa çatmasına baxmayaraq, bununla bağlı abunəçilərə heç bir məlumat verilməyib. Kampaniyanın bitməsi ilə bağlı məlumatlandırılmayan abunəçilərin uzun müddət topladıqları xallar batıb və onlar qazandıqları bala müvafiq əldə edəcəkləri konturdan məhrum olublar.

Avqustun birinə qədər bu haqda heç bir bildiriş almayan abonentlərdən biri bu gün növbəti konturu yükləyib bonusunu yoxlayarkən belə bildiriş alıb:

"Hörmətli abunəçi! SimSim abunəçiləri üçün keçirilən Azersell Bonus kampaniyası 1 avqust 2014-cü il tarixdən dayandırılmışdır".

Qeyd edək ki, kampaniyadan yararlanan istifadəçilər yüklədikləri hər danışıq kartına görə nəzərdə tutulmuş bonus xal əldə edirdi. Balansa yüklənən danışıq kartının qiymətindən asılı olaraq xallar da artırdı. Hər ödənilmiş 1 manat danışıq vaxtı abunəçiyə 5 xal qazandırırdı.

Əksər abunəçilər xalları toplayıb, ehtiyac olduğu zaman istifadə edirdi.

Hazırda başa çatan kampaniya uzun müddət yüklənilmiş danışıq kartlarına görə əldə edilmiş bonusları da "yeyib". Kampaniyanın başa çatmasından hələ də bir çox abunəçi xəbərsizdir.

"Azercell"dən Axar.az-a kampaniyanın bitməsini təsdiqlədilər. Toplanan xalların qaytarılması ilə bağlı isə açıqlama vermədilər.

Bunu da bildirək ki, yığılan xallar 24 saat ərzində balansa əlavə olunurdu. Xallar qarşılığında fakturalı xətt nömrəsinin balansına oturdulan pul məbləğinin istifadə müddəti limitsiz idi. Qazanılan məbləğ bütün istiqamətlərdə zəng və xidmətlər üçün müvafiq tarifə uyğun istifadə olunurdu. Toplanılan xalların maksimal sayı – 999 999 idi.

Xatırladaq ki, kampaniyanın bitməsindən 13 gün keçməsinə baxmayaraq, şirkət hələ də abunəçilərə bununla bağlı məlumat vermək istəmir. İstifadəçilərin topladıqları xalların aqibətinin necə olacağı, qazanılmış konturların abonentlərə verilib-verilməyəcəyi məlum deyil. Ancaq "Azercell"ə aid 9333-dən alınan cavab mesajından bəlli olur ki, artıq bu operatordan nəsə gözləməyə dəyməz.

Həmişəki kimi aldadılan Azərbaycan vətəndaşıdır.

Tarix
2014.08.14 / 09:00
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla