Yuxarı

Makism Qorkinin eşq macəraları - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aleksey Maksimoviçin bir qanuni arvadı, çoxlu sayda macərası və uzun illər yazıçı ilə birlikdə yaşamış, tarixçilərin "Qorkinin zövcələri" titulu ilə mükafatlandırdığı daha üç qadını olub.

Olqa Yulyevna Kaminskaya

Birinci qadın – zərif Olqa Yulyevna Kaminskaya. Qorkinin həyatında qara zolaq - yazıçı özünü güllələyir, lakin xoşbəxtlikdən uğursuz alınır. Həkim depressiyaya qarşı qadınla münasibət qurmağı məsləhət görür və Qorki belə bir qadını tapır. Kaminskaya Alekseydən azı on il böyük idi, ailəli, təcrübəli, həm də inqilabçı idi: Kropotkinin özü ilə tanış idi. Qorkinin ağlı başından çıxmışdı. "Mənimlə qalın! Mənimlə yaşayın… Ah, yox, hər şey cəhənnəmə olsun!" Qadın – "yox" deyir, ərini ata bilməz, çünki qızı gimnaziyada oxuyur, sevgilisi isə lütün biridir.

Ayrılırlar, lakin bir müddətdən sonra rastlaşanda Qorki Olqanı görüb, sözün əsl mənasında hislərini cilovlaya bilmir və huşunu itirir. Qadın artıq müqavimət göstərə bilmir və onlar bir-birilərinə qısqanclıq, qalmaqallar və dava-dalaşlarla əziyyət verərək Nijni Novqorodda birlikdə yaşayırlar. Lakin çox keçmir ki, Qorki Samaraya getməyi qərara alır, ona "Samara qəzeti"ndə işləməyi təklif etmişdilər. Sevgilisinə heç məktub da yazmır. Atılmış və təhqir olunmuş Olqa özünü zəhərləmək istəyir, lakin alınmır.

İnqilab nəğməkarı Samarada vurulur, həm də iki qadına birdən – hüquqşünasın həyat yoldaşı Zinaida Karlovna Smirnovaya və "Samara qəzeti"nin korrektorru Yekaterina Pavlovna Voljinaya.

Yekaterina Pavlovna Voljina (Peşkova)

Elə yazıçının qanuni həyat yoldaşı da Yekaterina Pavlovna olacaq, onunçün dünyaya iki övlad – oğlu Maksimi və qızı Katyanı - dünyaya gətirəçək, onun bütün xəyanətlərinə dözəcək və bütün ömrü boyu onun ən sadiq və vəfalı dostu olaraq qalacaq. "Həmişə onunla görüşəndə daha çox təəccüblənirdim: o, bu qədər uzun və ağır həyat yaşayaraq, hər cür insanla üz-üzə gələrək ən ahıl yaşlarınadək qəlbinin və təfəkkürünün saflığını, insana belə bir inamı, sevgi ilə dolu ürəyini necə qoruyub saxlaya bilmişdi – ağqvradiyaçı Kolçakın sonuncu məhəbbəti Anna Timiryeva onun haqqında belə yazırdı (onu Stalinin cəza düşərgəsindən məhz Yekaterina Pavlovna xilas etmişdi). – Bununla bərabər, zərrə qədər də olsa, sentimentalizmi və riyakarlığı yox idi. İnsanlara, xüsusilə qadınlara qarşı çox səbrli idi. Bir dəfə söhbət arasında Qorkidən soruşanda ki, "Necə ola bilər ki, gəncliyinizdə heç kimi bəyənməmisiniz, ya kimsə sizi bəyənməyib, nazınızı çəkməyib", onda demək olar ki, incik bir cavab aldı: "Mənim vaxtım yox idi, bütün günü dərs deməklə məğul idim".

Qorki Yekaterina Voljina ilə evləndikdən səkkiz il sora A.P.Çexov onu MBT-nin aktrisası Mariya Andreyeva ilə tanış edir. O, əsrarəngiz gözəlliyə malik, füsunkar, cazibədar, eyni zamanda da təhsilli və istedadlı qadın idi.

Mariya Andreyeva

Mariya Andreyeva ailəli idi, lakin nə həyat yoldaşı, böyük dövlət məmuru Andrey Jelyabujski, nə də iki uşağı aktrisanın ehtiraslı xarakterinin qarşısını ala bildi. Əri Mariya Fyodrovnadan təxminən 20 yaş böyük idi və artıq çoxdan idi ki, arvadının aşiqanə macəralarına barmaqarası baxırdı. O aralarda Andreyevna bütün Rusiyada tanınan məşhur milyoner Savva Morozova ilə eşq macərası yaşayırdı. Onların münasibətləri bütün Moskvanın gözü qarşısında cərəyan edirdi. Morozov Andreyevaya pərəstiş edir, onun bütün kaprizlərini sevinclə qarşılayır, teatra böyük miqdarda pullar xərcləyir, onu güllərə və qiymətli hədiyyələrə qərq edirdi. Çoxları aktrisanı qınayırdı, o cümlədən Stanislavski də özünün kəskin məktubunda yazırdı: "Savva Timofeyeviçin Sizə münasibəti müstəsnadır. Bu, uğuruna həyat, ömür qurban veriləsi bir münasibətdir. Heç bilirsinizmi, müqəddəs bir şeyi necə təhqir edirsiniz? Hamının, kənar şəxslərin qarşısında açıq-aşkarca onunla qürrələnirsiniz ki, Sizi əzab çəkə-çəkə qısqanan Zinaida Qriqoryevna (Morozovun həyat yoldaşı) ərinin üzərində təsirinizi axtarır. Siz aktyor şöhrətpərəstliyi naminə sağa-sola danışırsınız ki, Savva Timofeyeviç Sizin təkidinizlə kiminsə xilası naminə bütün kapitalını sərf edir". Ancaq ictimaiyyətin fikri Mariya Fyodorovnanın heç eyninə də deyildi. Onun Morozovla arvadının qohum olmasına işarə edən ifadəsi hamıya məlumdur: "Evli adamla məhəbbət yaşamaq o qədər də günah deyil, nəinki qohuma ərə getmək".

Qorkiyə rast gələn Mariya Fyodorovna heç fikirləşmədən Savva Morozovu atır. Onu da qeyd edək ki, Savva Timofeyeviç və Aleksey Maksimoviç yaxın dost idilər və Qorkinin Mariya Fyodorovna barəsində heç bir planı-zadı yox idi. Şayiələr gəzirdi ki, milyonerin intihar etməsinin səbəbi məhz Andreyeva ilə ayrılması idi. Aktrisa proletar yazıçısı ilə 1903-cü ildən yollarını birləşdirir. Daha fərqli iki insan təsəvvür etmək çətin olsa da, onların həyatı təəccüb doğuracaq qədər harmonik keçirdi. Səhnədə ehtiraslı və şövqlü olan Andreyeva adi həyatda təmkin və soyuqqanlılığını qoruyub saxlayırdı. Aleksey Maksimoviç isə, əksinə, hədsiz emosionallığı, həssaslığı ilə seçilirdi, onun ağlağanlığı haqqında əfsanələr dolaşırdı.

Qeyd etmək lazımdır ki, Mariya Fyodorovna çox tezliklə koketka və kübar çəmiyyətinin dişi aslanından sadiq rəfiqə və həmkara çevrildi. O, bir katibə və ədəbi agent kimi Qorkinin bütün işlərini aparır, səyahətlər, naşirlərlə danışıqlar zamanı onu müşayiət edir, ədəbi tərcümə ilə məşğul olur, Kapridə həmişə qonaqlı-qaralı olan evin təsərrüfat işlərini yoluna qoyurdu. Ancaq böyük yazıçı hələ də evli idi və heç də boşanmaq niyyətində deyildi. Qorki ilə Andreyeva Amerikada uzunmüddətli səfərdə olarkən onların manasibətinə dair şaiyələr Amerika mətbuatına sızanda ikiarvadlı və ikiərli kimi damğalanan cütlər İitaliyaya getməyə məcbur oldular.

Mariya Fyodorovna Andreyeva inqilabi fəaliyyətlə qızğın məşğul olur, inqilabçılar üçün ianə toplayırdı. İanə verənlərin siyahısında, əlbəttə ki, birinci yerdə Savva Morozova gəlirdi. (Qeyd edək ki, Morozovun intihar etməsi deyil, qətli haqqında bir neçə versiya mövcuddur. Biri budur ki, o, inqilabçılara çox böyük yardım etdiyi üçün qaragüruhçular tərəfindən öldürülüb, digəri isə odur ki, o, bolşevik Krasin tərəfindən öldürülüb. Deyilənlərə görə, Krasin bilirdi ki, Savva Timofeyeviç öz həyatını Andreyevanın xeyrinə böyük məbləğdə sığorta etdirmişdi. İnqilabın bu pula ehtiyacı var idi, milyoner isə 1905-ci il hadisələrindən və Andreyeva onu tərk edəndən sonra o qədər də səxavətli deyildi, qohumları da onun sərvətini dağıtmasının qarşısını almaq üçün əllərindən gələni edirdilər).

Oktyabr inqilabı ərəfəsində Qorki və Andreyeva Rusiyaya qayıdırlar. Mariya Fyodorovna teatrı tamamilə atır və özünü bütünlüklə partiya işinə və inqilabi fəaliyyətə həsr edir. O, çox zirək və işindən möhkəm yapışan bir qadın idi. Lenin onu "yoldaş Fenomen" adlandırırdı. Gözəllik və cazibədarlığı onun üzünə bütün qapıları açırdı, hamı ona rəğbət bəsləyirdi. Rəsmi versiyaya görə, Andreyeva partiya işi və inqilabi fəaliyyətlə məşğul olduqdan sonra Qorkini tamamilə unudur. Ancaq bundan tamamilə fərqlənən başqa bir versiya həqiqətə daha çox uyğundur. Qorki öz dostu, naşir Tixonovun arvadı Varvaraya uyur. 1910-cu ildə Varvara dünyaya bir qız gətirir və ona baxan hər kəsin uşağın atasının Qorki olmasına heç bir şübhəsi qalmır. Andreyeva Qorkinin gənc italiyalı qızlarla saysız-hesabsız xəyanətlərini bağışlasa da, bu dəfə qəlbən yaralanır. Tezliklə bu idilliya başa çatır.

Qorkinin həyatında başqa qadın peyda olur. Andreyeva qocaldıqdan sonra deyirdi ki, Qorkidən ayrıldığına peşmandır, qadın kimi davranıb, halbuki Qorki sadəcə kişi deyildi, böyük yazıçı idi. Deyirlər ki, Bulqakovun "Master və Marqarita" əsərinin qəhrəmanlarının prototipləri məhz Qorki və Andreyevnadır.

Mariya Zakrevskaya

Ancaq Mariya Fyodorovna istəsə də, istəməsə də onların romanı bitmişdi. Əgər Mariya getməsəydi, Qorki onu atacaqdı, çünki yazıçının ürəyi artıq gənc, özündən 24 il sonra dünyaya gəlmiş Mariya İqnatyevna Zakrevskayaya məxsus idi. Onlar görüşənədək qadın iki dəfə ərdə olmuşdu – qraf Benkendorf və Budberqlə ailə qurmuşdu - iki uşağı var idi. Qorki və Zakrevskayanı tanış edən Korney Çukovski Mariya İqnatyevanı yazıçıya katibə kimi tövsiyə etmişdi. Çukovski onların ilk görüşünü belə təsvir edir: "Təəccüblü deyil ki, Qorki ona bircə kəlmə belə deməsə də, hər şeyi onunçün söyləyirdi. Çox itifəhmli idi, həvəslə danışırdı, balda rəqs edən gimnaziya tələbəsinə bənzəyirdi". O vaxt Aleksey Maksimoviçin 52 yaşı var idi. Bu qadın haqqında isə ən ağlasığmaz şayiələr gəzirdi, onu həm ingilis kəşfiyyatı, həm KQB ilə əlaqələndirir, "rus miledisi" adlandırırdılar. Qorki əməlli-başlı bənd olur və çox tezliklə ürəyini və qəlbini ona açır. Zakrevskaya yazıçıya ərə getməsə də, onun evinə köçür.

Mariya İqnatyevna Maksim Qorki ilə birgə yaşayışda həyatının mənasını tapdı. O, yazıçının əsərlərinin Qərbdə nəşri ilə məşğul olur, Qorkinin böyük dəyər verdiyi Qərb ədibləri ilə yazışmalar aparırdı. Ancaq onların münasibətləri rəvan deyildi. Çünki hər ikisi böyük həyat təcrübbəsi keçmiş, öz baxışları və mühakimələri olan insanlar kimi rastlaşmışdılar.. Bununla belə, Aleksey Maksimoviç həyatının sonunadək, bir an belə olsa seçimindən şübhələnməyərək Mariya İqnatyevna ilə düz 16 il birgə yaşadı.

1920-ci ildə ingilis fantast-yazıçısı Gerbert Uells Rusiyaya gəlir. O vaxtlar mehmanxanada layiqli otaq tapmaq müşkül məsələ idi. Odur ki, Gerbert Uellsi Qorkinin evində yerləşdirirlər. Mariya İqnatyevna da qonağın tərcüməçisi olur. İngilis yazıçısının vətənə dönmə ərəfəsində ilginc bir hadisə baş verir: Aleksey Maksimoviç Gerbert Uellsi Mariya Zakrevskayanın yatağında tutur. Mariya Qorkinin könlünü almağı bacarır və yazıçı xəyanəti bağışlayır. Onun vəfatından sonra 45 yaşlı Mariya Zakrevskaya İngiltərəyə köçür və Gerbert Uellsin evində məskunlaşır. Uells bir neçə dəfə ona evlənmək təklifi etsə də, Mariya yaşının o yaş olmadığını bildirərək boyun qaçırır. Zakrevskaya bolşeviklərdən Qorkinin xarici nəşrlərinə olan hüquqları alır. Elə Uellsdən də ona kifayət qədər varidat qalır.

Maksim Qorkinin dəfnində həyatındakı hər üç qadın iştirak edirdi: qanuni həyat yoldaşı Yekaterina Peşkova, Mariya Andreyeva və Mariya Zakrevskaya. Müasirləri xatırlayır ki, onların hər üçü nə iləsə bir-birilərinə bənzəyirdilər: qədd-qamətli, cazibədar, yüksək ruhlu...

Tarix
2014.08.14 / 08:00
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla