Yuxarı

Dədə Qorqud parkı: Vətəndaşlar vahimə içində

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın mərkəzində istifadəyə verilən Dədə Qorqud parkına gələnlər övladını bu parka gətirməyə ehtiyat edir.

Axar.az xəbər verir ki, buna səbəb 2013-cü ildən istifadəyə verilən parkın azyaşlı uşaqlar üçün təhlükəli hesab edilməsidir.

Paytaxt sakini Ramid Nəzərov əməkdaşımıza bildirib ki, yaradılan su hövzəsi parka xüsusi yaraşıq versə də, əslində körpələr üçün çox təhlükəlidir: "Mən bu ərazidə yaşayıram. Demək olar ki, hər gün axşam bu parka dincəlməyə gəlirəm. Amma körpəsiz. Çünki yaradılan süni göldə maneələr qoyulmayıb. Uşaqların bir neçə saniyə nəzarətsiz qalması faciəyə səbəb ola bilər".

Şəhər sakini Zakir Bayramov isə problemin qabaqcadan aradan qaldırılmalı olduğunu deyir: "Bunu park inşa ediləndə fikirləşməli idilər. Gərək kiminsə övladı hovuza düşüb boğulsun, sonra bunu düzəltsinlər?! Mən nəvələrimi parka gətirmirəm. Çünki bilirəm ki, ani ehtiyatsızlıq və nəzarətin yayınması uşağın hovuzda boğulmasına səbəb ola bilər".

Qeyd edək ki, 2013-cü ildə paytaxtın mərkəzi hissəsində istifadəyə verilən Dədə Qorqud parkının ümumi sahəsi 6 hektardan çoxdur. Burada müxtəlif bitkilər, ağac növləri göz oxşasa da, təqribən 3 hektar ərazidə yaradılan göl uşaqlar üçün kifayət qədər təhlükəlidir.

Tarix
2014.08.13 / 21:04
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla