Yuxarı

"Qarabağ münaqişəsinin həlli ilə bağlı yol xəritəsi hazırlanmalıdır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lərin layihələrinin maliyyələşdirilməsi çərçivəsində dəstək verdiyi "Avrasiya Sivil Toplum Əməkdaşlıq Dərnəyi" və "Avrasiya İqtisadi Əməkdaşlıq Dərnəyi"nin birgə təşkilatçılığı ilə Türkiyənin paytaxtı Ankara şəhərində "Qarabağ problemi: Haradan haraya" adlı konfrans keçirilir.

Toplantıda Qarabağ, 20 Yanvar və Qafqaz İslam Ordusu şəhidlərinin ruhu sayğı duruşu ilə yad edilib.

Konfransda çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev təmsil etdiyi qurumun Azərbaycanın milli maraqlarının dünyada tanıdılmasında vətəndaş cəmiyyəti ilə əməkdaşlığının prioritet təşkil etdiyini bildirib.

A.Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanmasından artıq 25 ildən çox zaman ötməsinə və bu mövzuda müxtəlif dillərdə minlərlə kitab və məqalənin nəşr olunmasına, internet resurslarının yaradılmasına baxmayaraq, hələ də bu problemin mənşəyinə dair obyektiv informasiyaların dünyada yayılmasına ehtiyac duyulduğunu qeyd edib.

Şura sədri Ermənistanın hər nə qədər dünyada bu münaqişədə tərəf olmadığı, Qarabağ probleminin Azərbaycanın öz erməni vətəndaşları ilə bağlı olması haqqında saxta rəy yaratmaq istəyinə rəğmən, ortada inkar olunmaz siyasi sənədlərin olduğunu söyləyib.

A.Quliyev 1989-cu il dekabrın 1-də Ermənistan parlamentinin Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi ilə bağlı qərarının rəsmi İrəvanın Azərbaycan torpaqlarına qarşı yeritdiyi işğalçılıq siyasətində önəmli bir yer tutduğunu bildirib. O, hazırda Qarabağ münaqişəsinin üç mümkün həlli variantı - sülh və danışıqlar, beynəlxalq təzyiq və sanksiya və hərbi yol olduğunu vurğulayıb.

A.Quliyev Ermənistanın işğalçılıq siyasətini ifşa etmək və torpaqlarımızın azad edilməsi ilə bağlı yol xəritəsi hazırlamaq, Xocalı soyqırımını dünya ölkələrinin parlamentlərində tanıtmaq, qondarma erməni soyqırımına dair həqiqətləri yaymaq və ermənilərin 2015-ci il planının qarşısını almaq üçün Türkiyə və Azərbaycanın vahid fəaliyyət planının olmasının vacibliyini bildirib.

Konfransda Türkiyənin Azərbaycan Dostluq Qrupunun rəhbəri Necdət Ünüvar, Girəsun Universtetinin rektoru Aygün Attar, millət vəkili Rəşad Doğru, Azərbaycanın Türkiyədəki fövqaladə və səlahiyyətli səfiri Faiq Bağırov, "Avrasiya Sivil Toplum Əməkdaşlıq Dərnəyi"nin sədri, millət vəkili İsmail Safi, Türkiyənin Avropa İttifaqı ilə əlaqələr üzrə nazirinin müavini Əlaəddin Böyükqaya və digərləri çıxış edərək iki qardaş dövlətin bütün sahələrdə imkanlarını birləşdirərək Qarabağın işğaldan azad edilməsi ilə bağlı vahid siyasət həyata keçirməli olduğunu vurğulayıblar. (Trend)

Tarix
2014.01.20 / 19:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla