Yuxarı

“Mən gəldim, qızlar” – Fotolar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

May ayının 9-da saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 9 may Qələbə günü münasibətilə tədbir keçiriləcək.

Teatrın mətbuat xidmətindın Axar.az-a verilən məlumata görə, tədbir "1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2015-ci il tarixli, 1060 nömrəli Sərəncamının icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına əsasən gerçəkləşəcək.

Əvvəlcə səhnədə XX əsrdə bəşəriyyətin ən dəhşətli dövrü olan 1941-1945–ci illər müharibəsi haqqında çıxışlar olacaq. Sonra İsveç dramaturqu Lars Nurenin "Müharibə" əsəri əsasında hazırlanmış "Mən gəldim, qızlar" ("Müharibə") tamaşası nümayiş etdiriləcək.

İki hissəli tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Azərbaycan və Kalmıkiya respublikalarınıın əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadur. Səhnə əsərində əsas rolları əməkdar artistlər Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Rasim Cəfər, Zümrüd Quliyeva, Roza İbadova canlandıracaqlar.

Tarix
2015.05.08 / 01:41
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla