Ukrayna bizdən bunu istəmir - NATO
02:40
Ana səhifə Planet |
"Mən Putinin hərəkətlərini ölkəmizə böyük zərər yetirən avantura hesab edirəm".
Axar.az xəbər verir ki, bunu rus müxalifətçisi Boris Nemtsov söyləyib.
O, Putinin öz hərəkətləri ilə rusları fəlakətə sürüklədiyini bildirib:
"Onun hərəkətləri Rusiya vətəndaşlarının vəziyyətini pisləşdirib, ölkəni təcrid olunmuş, iqtisadi böhrana və silahlanma yarışına gətirib çıxarıb. Əslində, Putin ətrafında yalnız düşmənlərinin olması üçün hər şey etdi. Bir il bundan öncə Rusiyayla Ukrayna arasında müharibə olacağını heç bir normal insan təsəvvür edə bilməzdi. Bütün bunlar bizi fəlakətə sürükləyir. Hazırda Putini yetərincə insanlar dəstəkləyir. Lakin bir neçə müddətdən sonra vətəndaşların əksəriyyəti mənimlə razılaşacaq".
Tarix
2014.11.06 / 13:40
|
Müəllif
Ülkər Cəfərova
|