Yuxarı

Gənclərin yaradıcılıq festivalları başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər üçün Təhsil Mərkəzi sentyabrda regionlarda ilk dəfə olaraq gənclərin yaradıcılıq festivallarını təşkil edəcək.

Bu barədə Axar.az-aGənclər üçün Təhsil Mərkəzinin mətbuat xidmətindən məlumat veriblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi "Region gəncləri üçün yaradıcılıq laboratoriyası" adlı layihə çərçivəsindəMingəçevir, Ağcabədi və Hacıqabulda festivallar keçiriləcək. Festivalların əsas məqsədi gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına kömək etmək, onların yaradıcı işə marağını oyatmaqdır.

Festivallara hazırlıq məqsədilə layihə heyəti 2 aya yaxın müddətdə sözügedən şəhər və rayonların gəncləri üçün yaradıcılıq laboratoriyası qurub, onlar üçün ayrılmış xüsusi məkanda praktik təlimlər, master klasslar, şənbə görüşləri və məşqlər təşkil ediblər. Onu da qeyd etmək lazımdır ki, yaradılmış laboratoriyanın hər birinə davamlı olaraq, yeni və istedadlı gənclərin cəlb olunması, onların şəxsi inkişafı və təşəbbüskarlığının artırılması üçün müxtəlif tədbirlər, o cümlədən, müxtəlif oyunlar, müsabiqə və digər sosial aksiyalar keçirilib.

Qeyd edək ki, festivallar çərçivəsində gənclər özlərinin teatr, kino işi, rəssamlıq, əl işləri, bədii qiraət,aşıq sənəti, musiqi və digər sahələrdə bacarıqlarını nümayiş etdirəcəklər.

Festivalları izləmək və iştirakçı gənclərin gələcək yaradıcılığını davam etdirmələrinə kömək məqsədilə müvafiq sahələr üzrə ekspertlər və dövlət qurumlarının nümayəndələri də dəvət ediləcək.

Gənclər üçün Təhsil Mərkəzindən verilən məlumata əsasən, gənclərin yaradıcılıq festivallarının digər regionlarda da davam etdirilməsi planlaşdırılır.

Tarix
2014.08.29 / 22:05
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla