Yuxarı

Hökumət istefa verdi – Son dəqiqə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyada müvəqqəti Baş nazir Abdullah əs-Səni məclisə hökumətin istefasını təqdim edib.

Axar.az xəbər verir ki, verilən açıqlamada hökumətin buraxıldığını, yaxın vaxtlarda məclisin yeni hökumət quracağı qeyd olunub:

"Hökumət konstitusiyaya əsaslanaraq istefasını məclisə təqdim edib. Yaxın zamanlarda məclis Liviya xalqının bütün təbəqələrini təmsil edəcək, təhlükəsizlik və sabitlik arzuları ilə yeni hökuməti təşkil edəcək".

İstefa səbəbinə gəlincə, hökumət paytaxt Tripolidə meydana gələn qarşıdurmaları əsas gətirib.

Xatırladaq ki, təxminən 1 aydır ki, Tripolidə hökumət qüvvələri ilə silahlı qruplar arasında qarşıdurmalar gedir. Silahlı qrupların hava limanı, bir neçə məktəb və digər əhəmiyyətli obyektləri ələ keçirdiyi qarşıdurmalar nəticəsində onlarla insan ölmüş, 8 mindən çox ailə evini tərk etməli olmuşdu.

Tarix
2014.08.29 / 12:31
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla