Yuxarı

Rüşvət vermədiyi üçün əlavə borc yazdılar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sıradan çıxmış sayğacımı düzəltmək üçün "Bakelektrikşəbəkə"nin işçisi məndən 50 manat rüşvət istədi. Hələ üstəlik deyir ki, əgər 50 manatı verməsən, bu sənə baha başa gələcək".

Bu sözləri Axar.az-a vətəndaş Hüseynov Mahmud öz şikayət məktubunda qeyd edib. Onun sözlərinə görə, "Bakelektrikşəbəkə"nin işçisinin tələb etdiyi rüşvəti vermədiyi üçün ona əlavə borc yazılıb.

Belə ki, 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsində yerləşən "Aysu" kafesinin sahibi Mahmud Hüseynov "Bakelektrikşəbəkə" ASC-nin ona əlavə borc yazdığını iddia edir. Şikayətçi bildirir ki, ASC-nin işçisi ondan tələb etdiyi 50 manatı vermədiyi üçün onu bu şəkildə cəzalandırıb:

"İyunun 19-da işlətdiyim kafenin elektrik sayğacı yandı. "Bakelektrikşəbəkə"dən Şükürov Natiq adlı biri gəldi düzəltmək üçün. Dedi, 50 manat ver düzəldim. Deyir, özün bilərsən, verməsən daha da baha başa gələcək sənə. Avqustun 7-si gətirib yeni sayğac quraşdırdılar. İndi də deyirlər ki, 225 manat borcun var. İyunun 19-dan avqustun 7-nə kimi necə 225 manat borc yığıla bilər ki?"

Şikayətçi iddia edir ki, ona bu borcu əvvəlcədən istənilən 50 manatı vermədiyi üçün yazıblar. M.Hüseynov bununla əlaqədar "Bakelektrikşəbəkə" ASC-yə müraciət də edib:

"Bu borcun mənə haqsız yerə yazıldığını bildirdim. Məsələ ilə maraqlanıb bunu araşdıracaqlarını dedilər. Ancaq hələ də maraqlanan yoxdur. 225 manat borc isə hələ də mənim üstümdədir".

"Bakıelektrikşəbəkə"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Axar.az-a açıqlamasında məsələdən xəbərdar olduğunu bildirdi:

"Bu barədə mənə məlumat veriblər. Sahə üzrə məsul olan Elçin Sultanova məsələni araşdırmağı tapşırmışam. Elçin müəllim qəbul edib, məsələni araşdırandan sonra məni də məlumatlandıracaq. Nəticə ilə sizi də xəbərdar edəcəyəm".

Tarix
2014.08.25 / 20:31
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla