Yuxarı

Korrupsioner polkovnikin işi məhkəməyə göndərildi – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polkovnik Mirzəli Yusifovun cinayət işi artıq yekunlaşıb.

Bu barədə Axar.az-a hərbi mənbələrdən məlumat verilib.

Mənbə polkovnikin cinayət işi ilə bağlı bir sıra şəxslərin dindirildiyini, istintaqın tamamlanaraq artıq məhkəməyə də göndərildiyini deyib.

Faktı dəqiqləşdirmək üçün Hərbi Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlamaq cəhdlərimiz uğursuz alındı.

Mirzəli Yusifov yanvarın 13-də həbs edilmişdi. Həbs edilən zaman isə o Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri müəyyənləşdirilmişdi.

Xatırladaq ki, M.Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) qərargah rəisi təyin edilən M.Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini də icra edib. Zakir Həsənov Müdafiə naziri təyin edildikdən sonra M.Yusifov vəzifədən uzaqlaşdırılıb.

Tarix
2014.08.23 / 10:59
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla