Yuxarı

Erməni ordusu təşvişə düşüb - Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dünən gecə atəşkəsin pozulması görünməmiş həddə çatıb".

"Axar.az"ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Ermənistanın Müdafiə Nazirliyinin Mətbuat katibi Arçrun Ovanisyan çıxış edib.

O, Azərbaycanı atəşkəsi pozmaqda günahlandırıb: "Azərbaycan atəşkəsi pozmaqda davam edir. Dünən gecə atəşkəsin pozulması görülməmiş həddə çatıb. İki gün ərzində atəşkəs 300 dəfə pozulub. Dünən gecə atəşkəsin pozulmasından sonra isə Ermənistan ordusunda heç bir itki yoxdur".

Xatırladaq ki, dünən Ermənistan mətbuatı Azərbaycan Ordusunun atəşkəsi pozması nəticəsində Berd rayonunda üç kəndin boşaldıldığı haqqında xəbər vermişdi. Bu gün isə Azərbaycanın Müdafiə Nazirliyinin Mətbuat Xidməti Ermənistanın dünən və bu gecə ərzində müxtəlif istiqamətlərdə 138 dəfə atəşkəs rejimini pozması haqqında məlumat yaymışdı.

Tarix
2014.01.23 / 14:36
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla