Yuxarı

Ukraynalı ekspertdən həyəcan təbili: Miqrantlar təhlükədə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukraynada miqrantlara qarşı münasibət kəskinləşib".

Bunu "Axar.az"a açıqlamasında ukraynalı politoloq Vyaçeslav Lixaç dedi.

O, son günlər Ukraynadakı hadisələrin millətlərarası münasibətlərə də təsir etdiyini bildirib. Politoloq artıq ölkədəki millətçilərin nəzarətdən çıxdığını bildirib:

"Baxın, məsələ getdikcə dərinləşib. Ukraynada miqrantlara qarşı millətçilərin təzyiqi günü-gündən güclənir. Doğrudur, açıq-aşkar hücumlar yoxdur. Amma sıxışdırmalar, sataşmaların sayı getdikcə artır. Bunun isə partlayışa çevriləcəyi artıq bəllidir".

Ekspert Ukrayna mətbuatında artıq belə məsələlərə diqqət ayrılmadığını da xüsusilə vurğuladı:

"Mətbuat belə şeylərdə susur. Hökumət də demək olar ki, danışmır. Artıq hakimiyyətin təsir rıçaqları o qədər zəifləyib ki, hadisələrə müdaxilə etmək iqtidarında deyil. Müxalifət liderlərinin nəzarətində olan millətçilər üzərində də nəzarət artıq tamamilə itirilib".

V.Lixaç miqrantlara qarşı münasibətin birdən-birə dəyişmədiyini də diqqətə çatdırdı:

"Ukraynada miqrantlara qarşı münasibət birdən-birə dəyişməyib. Bu, illərlə gedən prosesin nəticəsidir. Artıq ölkəyə gələn miqrantların çoxu özlərini kifayət qədər ədəbsiz aparırlar. Bu da imkan verir ki, millətçilər özlərinə haqq qazandırsınlar. Əgər buna müdaxilə edilməsə, Ukraynaya Şərqdən gəlmiş miqrantların vəziyyəti heç də xoş olmayacaq".

Politoloq Ukrayna hakimiyyətinin bununla bağlı indən belə də gözləmə mövqeyi tutacağını dedi:

"Hökumət işə qarışmayacaq. Onlar üçün müxalifətin hərəkətlərini ifşa edəcək faktlar lazımdır və bundan da istifadə edəcəklər. Əgər vəziyyət ən pis həddə çatsa, o zaman hadisələrin qarşısını almaq üçün cəhdlər ediləcək".

Tarix
2014.01.22 / 09:39
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Baş nazir Azərbaycandakı türk şirkətlərinin sayını açıqladı

Ceyhun Bayramov Bin Nunla görüşdü

DTX Akademiyasında Heydər Əliyevlə bağlı konfrans - Foto

Bolqarıstan liderinin Bakı səfəri başa çatdı

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident və xanımı Bakıda gimnastika arenasında

İrəvan və Bakı sübut edə bilər ki, sülh üçün... - "Figaro"

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Əsədov Ankarada mühüm iclasda: sənədlər imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla