Yuxarı

Ərdoğan Gülən məktəblərinə qarşı təlimat verdi – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə səfirləri artıq Fətullah Gülənin xaricdəki məktəblərini müdafiə etməyəcək".

Bunu "Axar.az"a açıqlamasında adının çəkilməsini istəməyən türkiyəli jurnalist söyləyib.

O, Rəcəb Tayyib Ərdoğanın son çıxışında buna ehyam vurduğunu da bildirib:

"Ərdoğan çıxışında deyir ki, onları biz burada deşifrə etdik, indi sizin növbənizdir. Sonra onlara xaricdəki fəaliyyətlərində uğurlar arzulayır. Bu hamıya adi görünə bilər. Amma Ərdoğan Fətullah Gülənin xaricdəki məktəblərini nəzərdə tuturdu".

O, Türkiyə hökuməti daxilində bununla bağlı çoxdan danışıqların getdiyini və Türkiyə hökumətinin ən sonundan bu qərarı qəbul etdiyini bildirib:

"Ərdoğan səfirlərə tapşırıq verib ki, onlara qarşı tədbiri sərtləşdirin. Yəni insanlarla heç kimin işi yoxdur. Sadəcə, əsas məsələ "camaat"ın (fətullahçılar) yuxarıda duranları ilədir. Qısacası, səfirlər xaricdəki Gülən məktəblərinə əvvəlki kimi yaxından kömək etməyəcək. Yəni hökumət bir növ qoruyucu əlini onların üzərindən götürüb".

Qeyd edək ki, Fətullah Gülənlə Ərdoğan arasında münasibətlər 17 dekabr böyük rüşvət əməliyyatından sonra pisləşib. Baş nazir indiyə qədər Fətullah Güləni dövlət içində dövlət yaratmaqda günahlandırır. Hazırda F.Gülənin Azərbaycan da daxil olmaqla, dünyanın 140 ölkəsində məktəbi var.

Tarix
2014.01.16 / 17:41
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla