Yuxarı

ANS sübut etməlidir ki, qiyməti düşüb, reklamı azalıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ANS Azərbaycanda tanınan və kifayət qədər ictimai önəmi olan media vasitəsidir. Bu baxımdan istənilən sayt və ya media orqanı ictimai önəmi əsas götürərək, ANS-lə bağlı xəbərləri verə bilər. Ona görə də burada hər hansı məhkəmə predmeti görmürəm".

Bu sözləri tanınmış media eksperti Zeynal Məmmədli ANS-in işgüzar nüfuzuna xələl gətirən materiallar dərc etdikləri iddiası ilə bəzi media orqanlarını məhkəməyə verməsinə münasibət bildirərkən "Axar.az"a dedi.

Zeynal Məmmədli telekanalın məhkəmədə ona dəyən maddi ziyanı sübut etməsinin çətin olduğunu bildirdi:

"Media orqanları arasında məhkəmə çəkişmələri normaldır, amma bunu elə etmək lazımdır ki, insanlarda mediaya güvən azalmasın. ANS-in burda iddiası o vaxt doğru ola bilər ki, media holdinq olaraq mətbuatda çıxan xəbərlərin ona maddi ziyan vurduğunu sübut eləyə bilsin. Yəni telekanal məhkəmə iddiasında əsas motiv kimi ona dəyən maddi ziyanı əsaslı şəkildə isbatlasın. Məsələn, mətbuatda ANS-lə bağlı xəbərlər gedəndən sonra onun aksiyalarının qiyməti düşüb, telekanala təklif olunan reklamların sayı azalıb və televiziyaya bundan külli miqdarda maddi ziyan dəyib. Yəni bir daha qeyd edim ki, baş tutacaq məhkəmədə bu məsələlər gündəmə gələcək, bu məsələlər də gündəmə gələndə konkret sübutlar lazımdır. Onu da qeyd edim ki, telekanalla bağlı material dərc edən xəbər saytlarını o qədər ciddi sınaq gözləmir. Çünki bu sadaladıqlarımı isbat etmək müşkül məsələdir".

Tarix
2014.01.16 / 12:28
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla