Yuxarı

Erməni vandalizmi və Şuşa hotelləri - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın tarixi torpağı olan Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 23 il ötür.

Axar.az xəbər verir ki, ermənilər bu illər ərzində Qarabağın tacı Şuşada Azərbaycan mədəniyyətinə aid bir çox tarixi abidələri və məscidləri dağıdıblar. Erməni işğalı zamanı Şuşada Natəvanın, Bülbülün, Əbdürrəhim bəy Haqverdiyevin və başqalarının ev muzeyləri, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun, Bülbülün xatirə muzeylərinin eksponatları məhv və talan edilib. Şəhərdə 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinoteatr, 3 muzeyi, Şərq musiqi alətləri fabriki dağıdılıb.

Ermənilər bu vandallıqlarını ört-basdır etmək üçün isə Şuşada yeni hotellər, şirkətlər və kilsələr inşa edirlər.

Ermənilərin Şuşada tikdikləri hotellərlə bağlı qısa araşdırma apardıq. Araşdırmamızın nəticəsinə görə, Şuşada hazırda 4 hotel fəaliyyət göstərir.

Bunlardan ən məşhuru "Shushi Grand Hotel"dir. Hotel 2011-ci ildə açılıb. Tikinti işlərini Livan və ABŞ-dan olan ermənilər maliyyələşdirib. Maraqlıdır ki, turizm saytlarında hotelin Azərbaycanın ərazisində yerləşdiyi göstərilir.

Şuşadakı digər hotel "Avan Shushi Plaza Hotel"dir. Bu hotel də 2011-ci ildə istifadəyə verilib.

"Noyan Tapan" hoteli isə dağların başında, meşəliklərin içində tikilib.

"Shushi Hotel" də Şuşada fəaliyyət göstərən hotellər sırasındadır, lakin onun fəaliyyəti barədə ətraflı məlumat yoxdur.

Tarix
2015.05.08 / 16:23
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla