Yuxarı

FHN-də Bakı-2015 müşavirəsi

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Nərimanov rayon Dövlət Yanğından Mühafizə Hissəsində Birinci Avropa Oyunları ilə əlaqədar nazirlik tərəfindən yaradılmış qərargahda toplantı keçirilib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri, Bakı-2015 birinci Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və komitənin digər üzvləri, o cümlədən müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edib.

Nazir müavini Etibar Mirzəyev, əvvəlcə, tədbir iştirakçılarına Birinci Avropa Oyunları ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılan qərargah haqqında ətraflı məlumat veribş. Bakı Olimpiya Stadionu və ətraf ərazinin taktiki-maketi ilə tanış olan tədbir iştirakçıları həm burada, həm də yarışların keçiriləcəyi digər idman arenalarında görülmüş təhlükəsizlik tədbirləri barədə məlumatlandırılıb. Nazirlik baş verə biləcək fövqəladə halların qarşısının alınması üçün bütün zəruri tədbirləri görüb və bu istiqamətdə Avropa Oyunları Əməliyyat Komitəsi ilə sıx əməkdaşlıq edir.

Bakı-2015 birinci Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq görülmüş işlərdən razılığını bildirərək Birinci Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə aparıldığını ifadə edib.

Sonra Avropa Oyunları ilə bağlı qarşıda duran vəzifələr barədə geniş fikir mübadiləsi aparılmışdır.

Tarix
2015.05.08 / 15:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla