Yuxarı

Ölkədən gedən İŞİD-çi ailələrə qarşı düymə basıldı - Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandan Suriyaya döyüşə gedən vəhhabi ailələrin saxlanmasına start verilib. "İslam Dövləti" terror qruplaşmasına qoşulmaq üçün ailəvi şəkildə ölkədən köç edən vəhhabilərlə bağlı yeni strategiya tətbiq olunur.

Axar.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlının az əvvəl anonsunu verdiyi proses başlanıb və radikal təriqət üzvlərinə qarşı mübarizə tədbirləri gücləndirilib. Elə bunun nəticəsi olaraq son bir ay ərzində iki belə ailə saxlanıb.

Onlardan biri - Şəkidə Rahim Hacıyev olub. Həmyerlisi Samir Abdurrəhmanova qarşı dələduzluq edərək avtomobil satacağı adı ilə onun 11 min manatını alıb, avtomobili isə başqa yerdə gizlədib. Daha sonra R.Hacıyev həyat yoldaşı Günellə birgə Suriyadakı terrorçu qruplara qoşulmaq niyyəti ilə ölkəni tərk etmək istəyib.

Bu zaman rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. R.Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan edilmiş 12 ədəd dini məzmunlu kitab, 9 ədəd disk və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Faktla bağlı Şəki rayon polis şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi qaldırılıb. R.Hacıyev barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib və o, həbs olunub.

Analoji hadisə bu günlərdə Xudatda qeydə alınıb. Publika.az yazıb ki, Azərbaycanda ata və oğul Suriyaya getmək istəyərkən sərhəddə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Xudat sakinləri Ramiz Şahbazi və oğlu Bəhruz Şahbazi Gürcüstanla sərhəddə yaxalanıblar.

Ata və oğul Gürcüstan vasitəsilə Türkiyəyə, oradan da Suriyaya getmək istəyiblər. Hər iki şəxs İŞİD tərəfdarıdır. R.Şabhazinin digər oğlunun Xudat xəvariclərinə rəhbərlik etdiyi bildirilir.

Siyahı bununla yekunlaşmır.

İŞİD tərəfdarı olan daha 40 ailənin ölkədən getdiyini yazmışdıq. Füzuli rayonundan olan məcburi köçkün Fərhadovlar ailəsindən məlumat verilmişdi ki, ailənin üç oğlu həyat yoldaşı ilə birlikdə Türkiyə və Suriya ərazisindədirlər.

O da qeyd edilirdi ki, ümumilikdə Fərhadovlarla birgə, ötən həftə Suriyaya getmək üçün Türkiyə ərazisinə 40-a yaxın azərbaycanlı ailə daxil olub. Ailələrinin bir hissəsi Suriyaya keçməyə nail olsa da, digərləri hələ ki, Türkiyədə gözləyirlər.

Ər-arvad olan Fərhadov Vüqarla Fərhadova Cəmalə bu il oktyabrın 25-də Suriyaya keçməyə nail olublar. Yerdə qalanları isə oktyabr ayının 29-da Suriyaya keçə biliblər. Suriyaya gedən Fərhadovların ailə üzvlərinin adları tam açıqlanmışdı.

Eyni zamanda, Axar.az olaraq başqa bir nümunəni də yazmışdıq və Suriyada əri ölən qadının dostu ilə evlənib Bakıya qayıtdığını qeyd etmişdik.

Bütün bunlar ondan xəbər verir ki, Azərbaycandan artıq tək-tək yox, ailəsini götürüb döyüşməyə gedənlər də var. Hüquq-mühafizə orqanlarının son iki əməliyyatı artıq radikalizmə qarşı mübarizə ilə bağlı düymənin basıldığını deməyə imkan verir.

Tarix
2014.11.13 / 16:38
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla