Yuxarı

Öz toyundan qaçan qızın toyu oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Valideynləri tərəfindən məcburi nişanlandığını iddia edərək öz toy günündə evdən qaçan Sevil adlı qızın 2 ay atasının birinci nikahdan olan ailəsinin himayəsində qaldıqdan sonra yenidən nişanlanaraq ailə həyatı qurub.

Sevilin atası Şakir kişinin Axar.az-a söylədiyinə görə, bu dəfə qızları artıq öz şəxsi arzusu ilə əslən Sabirabaddan olan sevdiyi gənclə ailə həyatı qurub. Qızlarının son dərəcə xoşbəxt həyat sürdüyünü deyən Suğra xanım isə gənclərin internet vasitəsi ilə tanış olaraq evləndiklərini söyləyir.

Xatırladaq ki, 2 ay əvvəl Oğuz rayon Muxas kənd sakini 21 yaşlı Sevil valideynləri tərəfindən məcburi olaraq nişanlandığı üçün öz toy günündə evdən qaçmışdı. Çıxılmaz vəziyyətdə qalan valideynlər toy məclisinin pozulmaması üçün kiçik qızları 15 yaşlı Sürəyyanı evdən gedən qızlarının əvəzinə gəlinlik masasına əyləşdirmişdilər. Həddi-buluğa çatmayan yeniyetmə qızın ailə qurmasından xəbər tutan hüquq-mühafizə orqanlarının nümayəndələri dərhal məsələyə müdaxilə edərək, toyu ləğv etmişdilər. Bəy isə öz kürsüsündən birbaşa polis məntəqəsinə aparılmışdı.

Tarix
2014.11.07 / 23:28
Müəllif
Aynur Nurlu
Şərhlər
Digər xəbərlər

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla