Yuxarı

Başı kəsilən jurnalist yəhudi çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İraq və Şam İslam Dövləti" terror təşkilatı Amerikanın "Time" və "Foreign Policy" jurnallarının müxbiri, 31 yaşlı Stiven Sotloffun başının kəsildiyinin əks olunduğu videogörüntüləri yayıb.

Bu gün məlum olub ki, amerikalı jurnalist eyni zamanda İsrail dövlətinin vətəndaşı olub. İsrail Xarici İşlər Nazirliyi bu informasiyanın yayılmasına rəsmən icazə verib. Bildirilir ki, Mayamidə yaşayan Stiven Sotloff 2008-ci ildə İsrailə gəlib və burada təhsil alıb. Bu barədə İsrail mənbələri xəbər yayıb.

Stiven Sotloff axırıncı dəfə ötən il İsraildə olub. O, bir yerdə təhsil aldığı xanımın toy məclisində iştirak edib.

Amerikalı jurnalist İsraildə təhsilin başa vurduqdan sonra bir müddət ingilisdilli "Jerusalem Post" və "Jerusalem Report" qəzetlərində çalışıb.

Daha sonra ABŞ mətbuatında özünü sınayan jurnalist Yəmən, Livan və Misirdən çoxsaylı reportajlar hazırlayıb. 2013-cü ilin 4 avqustunda isə o, Suriyada yoxa çıxıb.

Ehtimal edilir ki, o, Aleppo rayonunda İŞİD döyüşçüləri tərəfindən oğurlanıb. Onun girov qismində 1 il Raqqada saxlanıldığı güman edilir.

Musavat.com

Tarix
2014.09.03 / 17:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla