Yuxarı

Gürcüstanın Baş naziri şeyxi təbrik etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə Gürcüstan Patriarxlığının Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin 65 illik yubileyi münasibəti ilə təşkil etdiyi rəsmi qəbulda iştirak edib.

QMİ sədri Gürcüstana avqustun 29-da gəlib.

Baş nazir qeyd edib: "Bu gün Sizin 65 illiyinizi Gürcüstanda qeyd etmək üçün burada olmaq çox xoşdur. Siz 30 ildən artıqdır ki, Qafqaz Müsəlmanları İdarəsinin sədrisiniz və iki qardaş xalq arasında əlaqələrin möhkəmləndirilməsi üçün hər cür səy göstərirsiniz. Siz Gürcüstan və Azərbaycan arasında mehriban və sıx əlaqələrin inkişafı üçün mübarizə aparırsınız. Biz daim Sizin dəstəyinizi hiss edir və yüksək qiymətləndiririk".

Öz növbəsində, qəbulun gedişində bütün Gürcüstanın katolikos-patriarxı II İliya Qafqaz müsəlmanlarının dini liderinin bundan sonra da Azərbaycan və Gürcüstan arasında dost münasibətlərin inkişafına yardım edəcəyinə ümidini ifadə edib.

A.Paşazadə Baş nazirə və bütün Gürcüstanın katolikos-patriarxına səmimi qəbul üçün təşəkkürünü bildirib və Azərbaycan və Gürcüstan arasında mehriban qonşuluq münasibətlərinin və əməkdaşlığın qorunub saxlanmasının vacibliyini qeyd edib.

Qəbulda, həmçinin Gürcüstan hökumətinin nazirləri, Patriarxlığın nümayəndələri, Gürcüstan və Azərbaycan parlamentlərinin deputatları iştirak ediblər.

Trend

Tarix
2014.08.30 / 15:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı sanksiya çağırışı: İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla