Yuxarı

“Ermənistan müharibə ilə dinc yolu səhv salır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İrəvan o qədər çarəsizdir ki, heç özü də nə istədiyini bilmir".

Bunu Axar.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistanın guya son vaxtlar müharibənin əleyhinə olan siyasətini şərh edərkən deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi kimi bir konflikt həqiqətən İrəvanın boyunu aşan bir məsələdir:

"Baxın, Ermənistan tərəfi bir tərəfdən müharibə və cəbhədə gərginlik istəmir, başqa bir tərəfdən isə gərginlik yaradır. Bu yaxınlarda əsirlərin qaytarılması məsələsində Azərbaycanın atdığı adekvat addım bir daha sübut etdi ki, yalnız Bakı münaqişənin dinc yolla həlinin tərəfdarıdır. Nəticəsiz qalan Soçi görüşündən sonra Ermənistan tərəfi Bakının bu təklifindən imtina etməsəydi, münaqişənin həlli istiqamətindəki gərginlik də aradan qalxardı. Ancaq bədnam ölkə yenə də öz mənfurluğunu ortaya qoydu. İrəvan bu addımı ilə Azərbaycanın həmlələrinə məhəl qoymadığını düşünür. Demək ki, Rusiyanın bacasında gizlənən Ermənistan ara-sıra başını çıxarıb, "mən də burdayam və təxribatlara, gərginliyin yaranmasına Rusiyasız da şərait yarada bilərəm" addımı atmağa çalışır. Ancaq Bakı Dağlıq Qarabağ konfliktinin həllinin İrəvanın boyunu aşan bir məsələ olduğunu çox gözəl başa düşür. Həqiqətən də Ermənistan heç özü də nə istədiyini bilmir. Buna görə Ermənistanın iradəsizliyindən istifadə edən Rusiya ikinci tərəf olaraq yox, əsas tərəf kimi münaqişənin həllinin uzadılmasında maraqlıdır".

Tarix
2014.08.26 / 21:54
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla