Yuxarı

Millət vəkili: "Sərkisyanın Ankaraya dəvəti normaldır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə Ermənistan prezidentinin dəvət olunması Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır".

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı Türkiyədə keçiriləcək prezident inauqurasiyasına Ermənistan Prezidenti Serj Sərkisyanın dəvət olunmasını şərh edərkən deyib.

O bildirib ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlər Türkiyədə hansı baş nazirin və ya prezidentin seçilməsindən asılı deyil:

"Azərbaycanla Türkiyə arasındakı münasibətlər hökumətlərarası münasibətlərdən yuxarıda dayanıb. Hansı hökumətin gəlməsindən asılı olmayaraq, iki dövlət hər zaman bir-birinin maraqlarına uyğun hərəkət edəcək. Ona görə narahat olmağa dəyməz. Sərkiysanın Ankaraya dəvət edilməsi də Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəlidir və burda narahatlıq yaradacaq heç nə yoxdur".

Türkiyənin Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycan maraqlarını heç bir zaman görməzdən gəlməyəcəyini deyən deputat rəsmi İrəvanın inauqurasiya mərasiminə dəvət edilməsini danışıqlar prosesi ilə bu cür əlaqələndirib:

"Avropanın aparıcı dövlətləri də istəyir ki, Azərbaycanla Ermənistan arasındakı münaqişə sülh yolu ilə həll olunsun və dövlətlər arasındakı danışıqlar fayda versin. Əksər dövlətlər bu münaqişənin həll olunmasından sonra bölgə üçün dövlətlərin yaxınlaşmasını istəyirlər. Türkiyə də bu prosesdə öz üzərinə düşəni edir. Andiçmə mərasiminə Ermənistan prezidentinin də dəvət edilməsi danışıqlar prosesinə dəstək vermək məqsədi daşıyır. Ona görə narahat olmağa dəyməz".

Xatırladaq ki, Türkiyənin keçmiş Baş naziri Rəcəb Tayyib Ərdoğanın prezident kimi andiçmə mərasiminə dəvət olunanlar arasında Ermənistan prezidenti də var.

Tarix
2014.08.26 / 11:55
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla