Yuxarı

Kliçko zədəyə görə Pulevlə döyüşü ertələdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağır çəkili idmançı, məşhur Vitali Kliçkonun qardaşı Vladimir Kliçko ilə bolqar Kubrat Pulev arasında sentyabrın 6-na planlaşdırılmış titul yarışı ukraynalı idmançının zədə alması səbəbindən təxirə salınıb.

Axar.az xəbər verir ki, IBF, WBA və WBO versiyaları üzrə dünya çempionu Vladimir Kliçko Avstriyada məşq düşərgəsində məşqlər zamanı vətərini zədələyib. Döyüşün oktyabrın sonunda keçiriləcəyi gözlənilir. May ayında bolqarıstanlı Kubrat Pulevlə amerikalı Toni Tompsonun görüşündə Pulev qalib gəlib və məcburi IBF iddiaçısı olub. Bundan sonra Beynəlxalq Boks Federasiyasının (IBF) rəhbərliyi Vladimir Kliçkoya Pulevə qarşı döyüşdə öz titulunu qorumağı tapşırıb.

Pulevlə döyüş ukraynalı idmançı üçün Aleksandr Povetkin (WBA) və Aleks Leapai (WBO) ilə döyüşlərdən sonra artıq üçüncü məcburi müdafiə olacaqdır. Vladimir bolqar idmançıya qalib gələrsə, WBC versiyası üzrə yeni çempionla birləşdirici yarış keçirməyi və öz kolleksiyasına çatışmayan daha bir kəmər əlavə etməyi planlaşdırır.

Tarix
2014.08.25 / 22:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa demokratiya uğrunda mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla