Yuxarı

VHP Naxçıvan DİN-dən üzr istəməyi tələb etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Naxçıvan Muxtar Respublikası (MR) Daxili İşlər Nazirliyinin (DİN) "Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi" İctimai Birliyinin ofisində baş verən döyülmə faktı ilə bağlı yaydığı rəsmi açıqlamaya kəskin etiraz bildirən bəyanat verib.

VHP Mətbuat Xidmətindən Axar.az-a daxil olan məlumatda bildirilir ki, Naxçıvan DİN-in "Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi" İctimai Birliyinin həmtəsisçisi İlqar Nəsibovu Naxçıvanda döyən Fərid Əsgərovun VHP-nin Naxçıvan MR təşkilatının sədri kimi təqdim edilməsi əssasızdır və heç bir məntiqə sığmır:

"VHP bəyan edir ki, Fərid Əsgərov adında Naxçıvan MR təşkilatının nəinki sədri, heç üzvü belə yoxdur.

Fərid Əsgərov adlı şəxs 2 il öncə təşkilata üzvlük üçün müraciət etsə də, onun müraciəti VHP Siyasi Şurası tərəfindən müsbət dəyərləndirilməyib və o, təşkilat sıralarına hətta üzv kimi qəbul edilməyib".

Bəyanatda VHP Naxçıvan Muxtar Respublikası təşkilatına Abdulla Abdullayevin sədrlik etdiyi də xatırladılıb və yayılan yanlış xəbərə görə partiyanın ictimai-siyasi nüfuzuna ziyan vurduğu üçün Naxçıvan DİN-dən təkzib vermək və üzr istəmək tələb edilib:

"VHP bir qeyri-hökumət təşkilatı sədrinin döyülməsi faktını pisləməklə barabər, Naxçıvan Muxtar Respublikasında VHP-nin yerli təşkilatının rəsmi qeydiyyatdan keçən sədri olduğu halda, heç bir sənəd-sübut olmadan, həbs olunan şəxsin əsassız iddiası ilə onun rəsmən VHP-nin təşkilat sədri kimi təqdim edilməsinə kəskin etiraz edir, məişət zəminində cinayət törədən bir şəxsi qanunsuz olaraq VHP-nin təşkilat sədri kimi təqdim etməklə Naxçıvan DİN-in təşkilatın imicinə ciddi zərər vurduğunu bildirir.

Buna görə də VHP belə bir əsassız məlumatı yayan orqanın dərhal təkzib verməsini və təşkilatdan üzr istəməsini tələb edir".

Xatırladaq ki, bu gün Naxçıvan MR DİN Naxçıvan şəhər sakini İlqar Nəsibovun Naxçıvanda "Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi" İctimai Birliyinin ofisində döyülməsi barədə məlumat yayıb.

Nazirliyin verdiyi məlumatda ictimai birliyin həmtəsisçisi olan İlqar Nəsibovu döyən Fərid Əsgərov VHP-nin Naxçıvan MR təşkilatının sədri kimi təqdim edilib.

Tarix
2014.08.23 / 20:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla