Yuxarı

Toyda kütləvi dava: 5 nəfər yaralandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay şəhərindəki şadlıq saraylarından birində təşkil olunan toy mərasimində kütləvi dava olub.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, göyçaylı qızla Qəbələ rayonundan olan oğlanın toy mərasimində qohumlar arasında yaranan anlaşılmazlıq davaya səbəb olub.

Hadisə şahidlərinin sözlərinə görə, oynamaq üçün tamada tərəfindən yalnız gəlinin qohumlarının dəvət edilməsini bəyin qohumları özlərinə qarşı saymazlıq sayaraq toyda dava salıblar. Dava zamanı gəlinin qohumları bəyin xalası oğlu, Qəbələ şəhər sakini 1990-cı il təvəllüdlü Babayev Baba Şərif oğluna, xalası 1963-cü il təvəllüdlü Babayeva Solmaz Müzəffər qızına və onun həyat yoldaşı 1961-ci il təvəllüdlü Babayev Musa Zəfər oğluna, eləcə də bəyin yaxınları - 1981-ci il təvəllüdlü Səlimov Ramil Şəfail oğluna, 1989-cu il təvəllüdlü Səlimov Kamil Şəfail oğluna küt alət və yumruqla xəsarət yetiriblər. Yaralılar əvvəlcə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Sonradan onlar Qəbələ Mərkəzi rayon Xəstəxanasına aparılıblar.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Tarix
2014.08.21 / 16:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla