Yuxarı

Oliqarx oğlunun eyni nömrəli 3-cü maşını

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:13

Bir müddət öncə "Hafka" ləqəbi ilə tanınan məşhur iş adamı Hafiz Məmmədovun evinin qarşısında fotokameramıza tuş gələn avtomobilin "oxşarı" Bakı küçələrində üzə çıxıb.

Axar.az-ın müxbiri xəbər verir ki, maşınlar fərqli markalardan olsa da, dövlət nömrə nişanları eynidir: 10 MM 010.

Hafiz Məmmədovun evinin qarşısında olan və oğluna məxsus olduğu iddia edilən avtomobilin markasının "Porşe" olduğu haqqında bir müddət öncə saytımızda məlumat getmişdi. Eyni dövlət nişanına məxsus olan avtomobil isə "Mercedes Benz SLS AMG" markalıdır.

Hələlik ikinci avtomobilin kimə məxsus olması haqqında heç bir məlumat əldə etmək mümkün olmayıb. Lakin hər iki maşını bir-birinə oxşar edən bir ortaq məqam var. Belə ki, həm Hafkanın evinin qarşısında, həm də Bakı küçələrində aşkarlanan avtomobilin ön hissəsində dövlət nişanı yerləşdirilməyib: 10 MM 010 dövlət nömrə nişanı yalnız avtomobillərin arxa hissəsinə bağlanıb.

Məsələ ilə əlaqədar Axar.az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov iki fərqli maşına eyni nömrənin vurulmasının yolverilməz olduğunu dedi. O, qanunvericiliyə əsasən, bir dövlət nömrə nişanının ancaq bir avtomobilə məxsus ola biləcəyini bildirdi:

"Eyni nömrənin iki müxtəlif maşına vurulması yolverilməzdir. Ümumiyyətlə, maşının təkcə arxa və ya ön hissəsinə dövlət nömrə nişanının vurulması da qanunla qadağandır: dövlət nömrə nişanı həm öndə, həm də arxada olmalıdır. Görünür, bunu edən hər kimdirsə, hər iki maşın ona məxsusdur. Böyük ehtimalla, o, bunu bilərəkdən edib.

Fakt saytınızda dərc olunandan sonra biz bunu mütləq araşdıracağıq. Bu, sürücünün əməlidir və əgər belə bir fakt varsa, deməli, sürücü qanunu kobud şəkildə pozub, buna görə də cəzalandırılmalıdır. Hər xətanın isə özünəuyğun cəzası var".

13:48

Yazının dərcindən sonra oxucularımızdan biri redaksiyamızın elektron ünvanına 10 MM 010 dövlət nömrə nişanını daşıyan daha bir bahalı maşının fotosunu göndərib. Xatırladaq ki, nə qədər maraqlı olsa da, bu avtomobilin də nömrəsi arxadan görünür (bu maşının da o birilər kimi ön tərəfdə nömrə nişanının bağlanıb-bağlanmaması haqda bilgimiz yoxdur).

Eksklüziv fotoları təqdim edirik:

Tarix
2014.08.19 / 13:48
Müəllif
Nigar İxtiyarqızı, İsmi Şahzadə
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla