Yuxarı

ABŞ səfiri: "İrəvan şikayətini Moskvaya eləsin"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Ermənistandakı səfiri Con Xeffern jurnalistlərlə görüşündə prezidentlərin Soçi görüşünün təmas xəttində gərginliyin azalmasına kömək etdiyini bildirib.

Musavat.com-un erməni mətbuatına istinadən verdiyi xəbərə görə, diplomat belə təmasların vacib olduğunu söyləyib.

"Azərbaycan və Ermənistan prezidentləri görüşürsə, bu, problemin dinc həlli üçün ən yaxşı yoldur. Məhz bu görüşdən sonra təmas xəttində atəş səsləri azalıb", - deyə səfir qeyd edib.

Amerikalı diplomat Birləşmiş Ştatların Rusiyaya qarşı tətbiq elədiyi iqtisadi-maliyyə sanksiyaları və onların Ermənistana mümkün təsirləri ilə bağlı suala da aydınlıq gətirib. Onun sözlərinə görə, Amerika tərəfi sanksiyalarla bağlı Ermənistan rəhbərliyi ilə çoxsaylı məsləhətləşmələr aparıb.

"Sanksiyalar Rusiyaya qarşı yönəlib, Ermənistana yox. Ancaq onlar Ermənistan iqtisadiyyatı üçün də neqativ nəticələr doğura bilər. Əgər bu, İrəvana xoş deyilsə, şikayəti Moskvaya eləsin", - Xeffern əlavə edib.

Tarix
2014.08.18 / 16:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla