Yuxarı

Baş nazirdən İŞİD-lə bağlı qan donduran fikirlər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Baş naziri Devid Kemeron İŞİD haqqında qorxunc fikirlər söyləyib.

Axar.az xəbər verir ki, Baş nazir İŞİD-in göründüyündən də təhlükəli olduğunu bildirib:

"İŞİD müvəffəqiyyət qazanarsa, Aralıq dənizinin sərhədlərində bir terrorçu dövlətlə qarşı-qarşıya qalmış olacağıq. Onlar NATO üzvünə qonşu olacaqlar".

Baş nazir onu da bildirib ki, İŞİD indi məhf edilməsə, ciddi təhlükələrlə üz-üzə olacağıq:

"Onlar Türkiyə sərhədinə qədər irəliləyiblər. İordaniya və Livan üzərində də onların nəzarəti var. Bu, Avropa üçün real təhlükədir".

Terror təşkilatının gündən-günə gücləndiyini, minlərlə kilometr əraziyə nəzarət etdiyini deyən Baş nazir xilafətin yaranmağa başladığını etiraf edib:

"Onlar təkcə insanların düşüncələrinə nəzarət etmir. Hazırda minlərlə kilometr ərazidə hakimiyyət qurublar. Bir müddətdən sonra İngiltərə küçələrində də biz onları görə bilərik. Son dərəcə təhlükəli bir zamandayıq".

Baş nazir çıxış yolunu dövlətlərin əməkdaşlığını gücləndirməklə konkret addım atılmasında görüb:

"Terrorçuların hərəkətlərini öncədən görmək, qabaqlayıcı tədbirlərin gücləndirilməsi vacibdir. Kəşfiyyat məlumalarına əsasən onların hər addımı izlənilməlidir".

Baş nazir bu mövzuda ərəb ölkələri ilə əməkdaşlığın gücləndirilməsinin də vacibliyini qeyd edib:

"Vahid təhlükəyə qarşı İngiltərə Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və İran kimi ölkələrlə əməkdaşlıq etməlidir. Prinsipial siyasəti bir kənara atmaq lazımdır".

Tarix
2014.08.17 / 13:05
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla