Ana səhifə İdman |
Patrik Xikki Avropanın 49 ölkəsinin hamısının Avropa Olimpiya Oyunlarında iştirakını təmin etmək istəyir
Bu səbəbdən də Avropa Olimpiya Komitəsinin və İrlandiya Olimpiya Komitəsinin prezidenti Patrik Xikki 11-14 oktyabr tarixlərində Ermənistana səfər edəcək.
Qeyd edək ki, Patrik Xikkin rəhbərlik edəcəyi nümayəndə heyətinin Ermənistan Milli Olimpiya Komitəsinin rəhbərliyi ilə keçiriləcək görüşündə Ermənistan idmançılarının 2015-ci il 12-28 iyun tarixlərində Bakıda keçiriləcək Birinci Avropa Olimpiya Oyunlarında iştirakı məsələsi müzakirə ediləcək.
P. Xikkin vəzifəsi bütün Avropa ölkələrinin Avropa Olimpiya Oyunlarında iştirakını təmin etməkdir.
O bildirib ki, Avropanın 49 ölkəsinin hamısının Avropa Olimpiya Oyunlarında iştirakını təmin etmək istəyirlər və bütün ölkələrin bu turnirdə təmsil olunacağına əmindir.
Tarix
2014.08.16 / 18:46
|
Müəllif
Axar.az
|